Səbail rayonunda yeniyetmələrin yay istirahəti təşkil olunub
Tarix: 01.08.2013 | Saat: 23:47:00 | E-mail | Çapa göndər


Yeniyetmə və gənclərin asudə vaxtlarının, onların istirahətinin səmərəli təşkili hər zaman Səbail Rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır.
Bu istiqamətdə həyata keçirilən işlərdən biri - rayonun aztəminatlı ailələrindən olan yeniyetmələr üçün Quba rayonuda «Şahinlər» hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinin yaradılmasıdır. Düşərgədə istirahətin ödənişsiz olması, burada uşaqlar üçün hər cür şəraitin yaradılması valideynlər tərəfindən çox razılıqla qarşılanıb. Şagirdlərin yay istirahətinin səmərəli təşkili ilə bağlı avqust ayında Səbail Rayon İcra Hakimiyyəti, Daxili İşlər Nazirliyi Daxili Qoşunları, «Çağ Öyrətim İşlətmələri» və «Azercell» şirkətlərinin birgə layihəsinə əsasən, rayonun Qarabağ müharibəsi veteranları və əlillərinin övladları, rayonun aztəminatlı ailələrindən, həmçinin «SOS-Azərbaycan» uşaq kəndində və müxtəlif Uşaq evlərində tərbiyə alan, ümumilikdə 200 nəfər uşaq Quba şəhərinin ən mənzərəli yerində yerləşən Bakı Türk Liseyinin Quba filialının ərazisində artıq 8-ci dəfə təşkil olunmuş hərbi-vətənpərvərlik təmayullu «Şahinlər» yay istirahət düşərgəsinə yola salınıb.
«Sahil bağı»nda təşkil olunan yolasalma mərasimində çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ölkə başçı İlham Əliyevin yeniyetmə və gənclərin sağlam boyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, yeniyetmələrə olan diqqət və qayğıdan danışıb, onlara şən və yaddaqalan istrahət arzulayıb. Yola düşməzdən əvvəl gənc «Şahinlər» ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə çiçək dəstələri düzüblər.
Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info