“Təmiz hava” aylığı başladı
Tarix: 01.08.2013 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


Bakıda baş verən yol qəzalarının 51 faizinə sürət həddinin aşılması səbəb olub

Normadan artıq karbon qazı
aşkar olunan avtomobillərin
sürücüləri 150 manat cərimələnəcəklər


“Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi Bakı şəhər Dövlət Yol Polisi İdarəsi ilə birlikdə mətbuat konfransı keçirdi. Tədbirdə çıxış edən ”Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Elməddin Muradlı qeyd etdi ki, rəhbərlik etdiyi birlik Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Yol hərəkəti təhlükəsizliyində ictimai maarifləndirmənin təşkili” adlı layihə həyata keçirir. Dörd ay müddətində həyata keçirilən layihə çərçivəsində 3 orta məktəbdə yol hərəkətində maarifləndirmə mövzusunda tədbir keçirilib, bir tədbirə isə dəstək verilib. Birlik sədrinin sözlərinə görə, müasir dünyada avtomobil istehsalının sürətlə artması və yeni texnologiyalarla təchizatı ondan rahat istifadəyə şərait yaratmaqla yanaşı, həm də məsuliyyətsizlik yaradır. Bu, xüsusilə özünü gənc sürücülərin timsalında qabarıq şəkildə göstərir. Onun sözlərinə görə, “təkər üzərində ölüm”ü yaradan bir sıra səbəblərin aradan qaldırılması üçün maarifləndirici tədbirlərin həyata keçirilməsinə ehtiyac var: “Bu gün yol-qəza hadisələri zamanı baş vermiş bədbəxt hadisələrin əsas səbəbi yolların qəza vəziyyətində olması, avtomobillərin sayının artması, onların texniki nasazlığı kimi hallarla bağlıdır. Piyadaların avtomobillərlə vurulması onların düşüncələrində olan yanlış təsəvvürlə bağlıdır. Azərbaycanda yol polisi ilə əhali arasında olan açıq münasibətlər nəticəsində qaydalara riayət olunmur. Bu da nəticədə ağır fəsadlara gətirib çıxarır”. Onun sözlərinə görə, cəmiyyətdə yol hərəkəti qaydalarını öyrənməyə maraq var. Lakin bi qaydaların tətbiqində problem yaşanmaqdadır.
Tədbirdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov çıxış edərək bildirdi ki, 2004-cü ildən başlayaraq hər il avqustun 1-dən 31-dək “Təmiz hava” aylığına start verilir: “Bu il də Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi avqust ayının 1-dən 31-dək Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində “Təmiz hava” aylığı keçirir. “Təmiz hava” aylığı tədbirinin keçirilməsində əsas məqsəd atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi və atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınmasıdır”. V. Əsədov bildirdi ki, avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verilməlidir: “Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. İstismar edilən nəqliyyat vasitəsinin mühərrikinin iş prinsipinə mütləq nəzarət edilməlidir. Mühərrikdə texniki cəhətdən nasazlıq yarandıqda ətraf mühitə zərəli qaz atır ki, bu da insan orqanizmi üçün zərəlidir. Belə halların qarşısını almaq üçün hər dayandırılan nəqliyyat vasitəsi sürücünün iştirakı ilə nəqliyyatın ixrac etdiyi dəın qazının tərkibi xüsusi cihazlar vasitəsilə öyrəniləcək. Belə ki, aylıq çərçivəsində normadan artıq karbon qazı aşkar olunan avtomobillərin sürücüləri 150 manat miqdarında cərimə ediləcəklər”. Bölmə rəisi nəqliyyat vasitəsi sahiblərinin, sürücülərin, eləcə də avtonəqliyyat müəssisələri rəhbərlərinə çağırış edərək bildirdi ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Bununla əlaqədar reydlər respublikanın bütün ərazisində keçiriləcək. Əsas ağırlıq isə avtomobillərin sayı çox olan Bakı şəhərinə düşəcək: “Bütün halda texniki cəhətdən nasaz avtomobillər yol hərəkətində istismar edilməməlidir. Çünki mühərrik nasaz olanda istər-istəməz yanacaq sərfiyyatı çoxalır ki, bu da ətraf mühitə normadan artıq zərərli maddə atır”.

Bir müddət əvvəl Nizami
rayonunda yanan avtomobillərin çoxu nasaz vəziyyətdə olub


V.Əsədov onu da bildirdi ki, bir müddət əvvəl Nizami rayonunda yanan avtomobillərin çoxu nasaz vəziyyətdə olan avtomobillərdir. V. Əsədov qeyd etdi ki, yanğın hadisəsi avtomobil dayanacağından kənarda baş verib: “Yanan avtomobillərin çoxu isə nasaz vəziyyətdə və yaxud sahibi tərəfindən atılmış avtomobillər olub. Onların sahiblərinə təzminat verilib, verilməməsi hələlik məlum deyil. Hazırda həmin hadisə ilə bağlı araşdırma aparılır”.

Qaydaları pozan 71 min piyada inzibati qaydada məsuliyyətə cəlb olunub

“Yay mövsümü ilə əlaqədar olaraq paytaxtdan kənardakı istirahət zonalarında təhlükəsizliyin təmin edilməsi məqsədilə yol polislərinin nəzarəti gücləndirilib”- deyən bölmə rəisi Bakı şəhəri üzrə baş vermiş ümumi yol qəzalarının 51 faizinə sürət həddinin aşılmasının səbəb olduğunu bildirib: “Ötən illə müqayisədə piyadaların avtomobillərlə vurulması halları azalıb. 2012-ci ildə bu 53 faiz təşkil edirdisə, ilin əvvəlindən bu göstərici aşağı düşüb”. V. Əsədov bu il yanvarın 1-dən bu günə qədər paytaxtda yol hərəkəti qaydalarını pozan 71 min piyadanın inzibati qaydada məsuliyyətə cəlb olunduğunu deyib: “Məsuliyyətə cəlb edilən piyadalar əsasən təyin olunmayan yerlərdən keçdikləri üçün cərimələniblər. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il piyada vurma halları azalıb. 2012-ci ildə 2600-dən çox avtomobil istismara yararsız olduğu üçün yol hərəkətindən uzaqlaşdırılıb və onların sahibləri barədə protokol tərtib edilib” .
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info