Yaponiyada nüvə reaktoru ilə bağlı institut yaradılacaq
Tarix: 02.08.2013 | Saat: 15:21:00 | E-mail | Çapa göndər


Yaponiyanın dövlət və özəl sektorunun nümayəndələrinin birləşdiyi qrup qəzalı “Fukusima-1” Atom Elektrik Stansiyasının sıradan çıxmış reaktorlarının sökülməsi yollarını araşdıran yeni tədqiqat institutu yaratmaq niyyətindədir.
Avqustun 1-də Yaponiyanın sənaye naziri Tosimiçu Moteqi bununla bağlı müvafiq nizamnamə sənədlərini həmin institutun rəhbəri olacaq Kyoto universitetinin professoru Hacimu Yamanaya təqdim edib. Nazir əmin olduğunu bildirib ki, layihədə iştirak edən tərəflər Fukusima prefekturasının və bütün ölkənin gözlədiyi yüksək nəticələrə nail olmaq üçün qüvvələrini birləşdirəcəklər.
Layihədə 17 təşkilatdan, o cümlədən hökumət, elektrik enerjisi şirkətləri və reaktorların istehsalı ilə məşğul olan müxtəlif tədqiqat institutlarından 500–dək mütəxəssisin iştirak edəcəyi bildirilir.
Ekspertlərin qənaətinə görə, “Fukusima-1” AES-in reaktorlarının sökülməsi çox çətin və mürəkkəb işdir və buna təxminən 40 il vaxt lazım gələcək.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info