Biləsuvarda Aqrar Sənaye Zonası yaradılacaq
Tarix: 14.05.2019 | Saat: 14:16:00 | E-mail | Çapa göndər


Ötən il rayonda pambığın becərilməsi və toplanması dövründə 16 minə yaxın insanın məşğulluğu təmin olunub, əhali 17 milyon manata yaxın gəlir əldə edib

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyinin tikintisi artıq tamamlanmaq üzrədir

Biləsuvar rayonundakı Heydər Əliyev Mərkəzində keçirilən Biləsuvar rayon İcra Hakimiyyətinin geniş şura iclasında rayonda 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edildi.
Hesabat iclasında Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Dəyanət Abdullayev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak etdi.
Yığıncaqda İcra hakimiyyətinin başçısı Mahir Quliyev geniş məruzə ilə çıxış edərək bildirib ki, ilin birinci rübündə rayonda bütün sahələr üzrə yüksək göstəricilər əldə olunmaqla yanaşı, aparılan sosial-iqtisadi, mədəni islahatlar, sosial layihələr davam etdirilmiş, vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılması daim diqqət mərkəzində olmuşdur.Qeyd olundu ki, əvvəlki illərdə olduğu kimi 2019-cu ilin birinci rübündə də Biləsuvar rayonunun ictimai-siyasi sabitlik qorunub saxlanılmış, mənəvi dəyərlərin inkişafına diqqət artırılmış və bu sahədə bir çox respublika əhəmiyyətli tədbirlər keçirilmişdir.Rayonun istər kənd təsərrüfatı, istər də iqtisadi göstəriciləri artan templə davam etmiş, tikinti, abadlıq və yolların inşası istiqamətində aparılan işlər sürətləndirilmiş, yeni iş yerləri açılmışdır.
Rayonda bütün sahələr üzrə aparılan işlər və həyata keçirilən tədbirlər nəticəsində ümumi məhsul buraxılışının həcmi 67.1 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz çoxdur. 2019-cu ilin birinci rübündə rayon əhalisinin 47.2 min nəfərinin məşğulluğu tam təmin olunmuşdur. Hesabat dövründə rayon İcra Hakimiyyəti, “DOST İŞ” MMC və Komunal Müəssisələr Kombinat ilə birlikdə üçtərəfli müqavilə imzalanmışdır. Əhalinin məşğullğunun təmin edilməsi sahəsində 390 yeni iş yeri yaradılmışdır. Bundan əlavə rayonun elektrik və qaz təsərrüfatında işləmək üçün müraciət etmiş vətəndaşlardan 89 nəfəri işlə təmin olunmuşlar.İşə qəbul edilmiş şəxslər əsasən aztəminatlı ailələrin üzvləridir. Birinci rüb ərzində fiziki və hüquqi şəxslər tərəfindən 219 yeni iş yeri yaradılmışdır.Rayon Məşğulluq Mərkəzində “Öz biznesinə başla” layihəsi üzrə özünüməşğulluq proqramı çərçivəsində 16 ailəyə maddi aktivlər verilməklə məşğulluqları tam təmin olunacaqdır. Proqrama uyğun olaraq keçirilən təlimdə Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və sağlamlığını itirmiş şəxslər cəlb olunmuşlar.Bundan əlavə rayonun kənd təsərrüfatında çalışan işçilərin sayı 9000 nəfər təşkil etmişdir.
Strateji yol xəritələrində regionların inkişafı ilə bağlı nəzərdə tutulmuş tədbirlərə uyğun rayonun Əsgərabad kəndi ərazisində ümumi sahəsi 25 hektar olan Biləsuvar Aqrar Sənaye Zonasının yaradılması nəzərdə tutulmuşdur.
Rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar bölmənin inkişaf etdirilməsi üçün bütün imkanlardan maksimum istifadə edilmiş, aqrar sahənin əsasını təşkil edən pambıqçılığın inkişafında uğurlar əldə olunmuşdur. Bunun nəticəsidir ki, ötən 2018-ci ildə 12 min hektar sahədə pambıq əkini aparılmış və 22731.9 ton məhsul toplanmışdır. Məhsulun becərilməsi və toplanması dövründə 16 minə yaxın insanın məşğulluğu təmin olunmuş, əhali 17 milyon manata yaxın gəlir əldə etmişdir. 2019-cu ildə rayonumuzda 10 min hektardan çox pambıq əkilməsi nəzərdə tutulmuş və sahələrə çiyid səpini başa çatdırılmışdır.Bu günədək 4500 hektar sahədə çıxış alınaraq aqrotexniki işlərə başlanılmışdır.
Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq rayonda “Green farms”, “Yaşıl Ada” və “RULEX” aqroparkları fəaliyyət göstərir.
Rayonda kənd təsərrüfatının digər sahələri də diqqət mərkəzində olmuş və 13713 hektar buğda, 15500 hektarı isə arpa olmaqla ümumilikdə 29213 hektar payızlıq dənli bitkilər əkilmişdir. Hazırda yazlıq əkinlər davam edir.
Kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə 2019-cu ilin I rübündə 25 ədəd becərmə traktoru, 12 ədəd şum traktoru, 19 ədəd kultivator, 8 ədəd tangen mala, 7 ədəd rotorlu mala, 3 ədəd Şirvan malası, 7 ədəd dərman çiləyici və 58 ədəd qoşqu alınmışdır.
Hesabat dövründə rayonda aparılan tikinti, abadlıq və yenidənqurma işləri davam etdirilərək Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 2018-ci il tarixli sərəncamları ilə Biləsuvar şəhərində istismar müddəti başa çatmış 4 ikimərtəbəli çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Biləsuvar rayon İcra Hakimiyyətinə 3,0 milyon manat, Biləsuvar şəhərində 1176 yerlik ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 milyon manat, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi-Biləsuvar avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3,0 milyon manat vəsait ayrılmışdır.
Sərəncama uyğun olaraq, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi Biləsuvar avtomobil yolunun yenidən qurulması işləri başa çatdırılmış, 1176 yerlik Nizami adına 1 saylı şəhər tam orta məktəb binasının və 4 mərtəbəli, 48 mənzilli yaşayış binasının tikintiləri davam etdirilmişdir. Hazırda hər iki obyektdə sonuncu, 4-cü mərtəbənin tikintisi davam etdirilir.
Birinci rübdə Xırmandalı kəndində 40 yerlik uşaq bağçası, Muğan kəndində isə 80 yerlik modul tipli ümumi orta məktəb binası tikilərək əhalinin istifadəsinə verilmişdir.
Əliabad kəndində inşa olunan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ev muzeyinin tikintisi artıq tamamlanmaq üzrədir.
Hazırda “Azərbaycan Respublikası regionlarının sosial–iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuş uzunluğu 13.2 kilometr olan Çaylı-Bağbanlar-Aranlı-Zəhmətabad avtomobil yolunun tikintisinə başlanılmışdır.
Bundan əlavə Biləsuvar şəhərində kanalizasiya sisteminin çəkilişi zamanı yol örtüyü dağılmış küçələrdə çınqıl-qum əsasının tikintisi aparılır.Həmin küçələrə yaxın günlərdə 35000 m2 asfalt-beton örtüyün qoyulması nəzərdə tutulmuşdur.
“Biləsuvar şəhərində küçələrin əsaslı təmiri işləri” layihəsində isə nəzərdə tutulmuş 16 küçədə yol örtüyünün çınqıl-qum materialı ilə təmiri işlərinin layihə-smeta sənədləri hazırlanmış, yaxın vaxtlarda yolların təmirinə başlanılacaqdır.
Ötən ilin məzunlarının 274 nəfəri ali, 179 nəfər, orta ixtisas məktəblərinin tələbəsi adını qazanmışdır. Onladan 72 nəfəri 500-dən, 30 nəfəri 600-dən çox bal toplamağa müvəffəq olmuşdur.
Dövlət başçısın tapşırığı ilə 2019-cu ilin birinci rübündə də əhalinin pulsuz tibbi müayinəsi uğurla davam etdirilir. Fevral ayının 12-dən başlanmış bu aksiyada indiyədək 60 mindən çox rayon sakini müayinə və müalicə olunmuşdur.
Yığıncaqda çıxış edənlər 2019-cu ilin birinci rübündə rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərdən danışaraq mövcud problemlərlə bağlı təkliflərini bildiriblər. Hesabat iclasında çıxış edən Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin Аdministrаsiyаsının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Dəyanət Abdullayev Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatlardan danışmış, Biləsuvar rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı tövsiyyələrini vermişdir.




 
Bölməyə aid digər xəbərlər
13.10.2019
Sabah ölkə ərazisində hava əsasən yağmursuz keçəcək
12.10.2019
Qubada keçirilən “Alma bayramı”nda 20 minə yaxın insan iştirak edib
12.10.2019
Vilayət Eyvazovdan yeni təyinatlar
11.10.2019
Masallıda 18 oktyabr –“Dövlət Müstəqilliyi Günü” nə həsr olunmuş cüdo idman növü üzrə rayon birinciliyi keçirilib
11.10.2019
Masallıda “Dini radikalizm və narkomaniya ilə mübarizədə təhsilin rolu“ mövzusunda tədbir keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info