“Loqos” da şair Vaqif Bəhmənli ilə görüş keçirilib
Tarix: 14.05.2019 | Saat: 16:41:00 | E-mail | Çapa göndər


Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi və “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Milli Ensiklopediyanın direktor müavini, əməkdar mədəniyyət işçisi, şair Vaqif Bəhmənli ilə görüş keçirilib.
Görüşdə “Loqos” PNİM-in rəhbəri Təranə Məmmədova, “525-ci qəzet” in baş redaktoru Rəşad Məcid, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Azərbaycanın tanınmış jurnalisti, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmli, şairlər Ağacəfər Həsənli, Maarif Soltan, şairin ailə üzvləri və gənclər iştirak ediblər.
Əvvəlcə görüşün aparıcısı, PXTİB-in “Gənclərlə iş” şöbəsinin rəhbəri Həlimə Tağıyeva şairin yaradıcılığı haqqında geniş məlumat verib.
Sonra qonaqları salamlayan “Loqos” PNİM-in rəhbəri Təranə Məmmədova bu cür tədbirlərin “Loqos” da keçirilməsinin adət halına çevrildiyini diqqətə çatdırıb. Natiq bildirib ki, ziyalılarımıza dəyər vermək, onların yaradıcılığını gənc nəsillərə aşılamaq hər birimizin əsas vəzifəsi olmalıdır.
Çıxış edən qonaqlar şairin yaradıcılığı haqqında geniş danışaraq bildirdilər ki, onun yaratdığı əsərlər hər zaman gələcək nəsillərin yaddaşında yaşayacaqdır.
İki saatlıq görüş boyunca ekranda Vaqif Bəhmənliyə həsr edilən “Regionun fəxri” sənədli telefilmi nümayiş olunub. O cümlədən, PXTİB-nin fəal gəncləri tərəfindən şairin yaradıcılığı nümayiş edilib. Cəbrayıl şəhər Uşaq Musiqi Məktəbinin musiqi nömrələri tədbir iştirakçılarında xoş ovqat yaradıb.
Tədbirdə yekun olaraq son söz şairə verilib. Çıxış edən Vaqif Bəhmənli onun yaradıcılığına verilən dəyərə görə tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib. Şairin səsləndirdiyi şeirlər hər kəsdə xoş anlar yaşatdı. Gənclərin suallarını cavablandıran şair onlara öz kitablarını imzalayaraq hədiyyə edib.




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
27 dərəcə isti olacaq
22.05.2019
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Balakəndə
21.05.2019
Normadan artıq şəkər istehlakı orqanizm üçün zərərlidir
21.05.2019
Masallı Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Günü
21.05.2019
“Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumuna qeydiyyat başladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info