Sumqayıtda iplik istehsalı müəssisəsi qurulacaq
Tarix: 15.05.2019 | Saat: 09:25:00 | E-mail | Çapa göndər


“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən, Sumqayıt şəhərində iplik istehsalı müəssisəsinin qurulması, sabun və gigiyenik məhsullar, sellüloz, müxtəlif profnastillər və kaset panellər, şərab şüşələri və tara istehsalı, logistika mərkəzinin yaradılması, həmçinin “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin inkişaf etdirilməsi istiqamətində şüşə və saxsı məmulatlar istehsalı zavodunun tikintisi, müasir tipli dam örtükləri və fasad üçün düz lövhələr, termoformasiya metodu ilə vərəqə şüşə istehsalı, yun əyirici-boyaq fabrikinin və sənayedə geniş istifadə olunacaq polimerdən kisə və torbaların istehsalı müəssisəsinin tikintisinin başa çatdırılması nəzərdə tutulur.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən AZƏRTAC–a bildirilib ki, proqramda sənaye ilə yanaşı, digər sahələrin inkişafı üçün tədbirlər görülməsi də nəzərdə tutulur. Həmçinin yol təsərrüfatı və nəqliyyatın inkişafı - yolların təmiri və dəmiryol infrastrukturunun təkmilləşdirilməsi, enerji təminatı - 2 ədəd 10-6 kV-luq kompleks transformator məntəqəsinin tikintisi, 50 kilometr yeni kabel xəttinin çəkilməsi, qaz təchizatı - “Sumqayıtçay” yaşayış massivində 175 mənzilin qazlaşdırılması, içməli su və kanalizasiya işlərinin davam etdirilməsi, rabitə xidmətinin yaxşılaşdırılması, çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və dam örtüklərinin dəyişdirilməsi - abadlıq-quruculuq işlərinin davam etdirilməsi, təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində binaların və idman qurğularının əsaslı təmiri, şəhərdə 9, 19, 23 nömrəli tam orta məktəblərin əsaslı təmiri və 600 yerlik korpusun tikintisi və digər işlər bu sıradadır. Cari ilin birinci rübü ərzində şəhər üzrə ümum daxili məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz və ya 40 milyon manat artaraq 460 milyon manatdan çox olub. Sənaye müəssisələrində 350 milyon manatlıq məhsul istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 117 faiz təşkil edir.




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Yanvar-avqust aylarında 110 ölkəyə məhsul ixrac olunub
18.10.2019
Bakı-Tbilisi-Ərzurum kəməri ilə cari ildə 7,4 milyard kubmetrdən çox təbii qaz göndərilib
18.10.2019
Azərbaycan dövlətinin iqtisadi siyasəti vətəndaşların maraqlarına yönəlib
18.10.2019
“Qala Sığorta” Türkiyədə əməliyyat olunan müştərisinin xərclərini ödədi
18.10.2019
Yeni zavod sadəcə SOCAR və BP üçün deyil, Türkiyə üçün də çox önəmlidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10920

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info