“Qadınlara Gender Əsaslı İqtisadi Dəstək” layihəsinin icrasına başlanılıb
Tarix: 15.05.2019 | Saat: 12:49:00 | E-mail | Çapa göndər


13-14 may tarixlərində Füzuli rayonunda “Qadınlara Gender Əsaslı İqtisadi Dəstək” layihəsinin başlanmasına dair görüşlər keçirilib. Layihə Sosial Tərəqqi İctimai Birliyi (STİB) Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə - həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi çərçivəsində həyata keçirilir. İlk məlumatlandırma görüşü məcburi köçkünlər üçün inşa edilmiş Zobucuk qəsəbələrinin, ikinci görüş isə Qayıdış və Fin evləri qəsəbələrinin sakinləri və nümayəndələri üçün keçirilib. Bu görüşlərdə Füzuli rayon İcra Hakimiyyətinin nümayəndələri, qəsəbələr üzrə bələdiyyə üzvləri, qəsəbə icra nümayəndələri, Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin (KOB) Füzuli rayon üzrə nümayəndəsi, fəal qadınlar iştirak ediblər.
STİB-in layihə meneceri Əşrəf Mirzəzadə layihənin qısa təqdimatını edərək bildirib ki, layihənin məqsədi Azərbaycan respublikasının Füzuli rayonunda inşa edilmiş 17 məcburi köçkün qəsəbələrində, xüsusilə qadınlar və gənc nəsil arasında gender məsələləri üzrə maarifləndirilmə tədbirlərinin təşkili və keçirilməsidir. Layihənin 2 komponent üzrə həyata keçiriləcəyini qeyd edən Ə. Mirzəzadə bildirib ki, birinci komponent interaktiv təlimlər, ikinci komponent isə MK qadınlara gəlir gətirən bizneslərin yaradılması üçün texniki və maliyyə dəstəyi ilə təmin edilməsi şəklində olacaq. Nəticədə qadınlar tərəfindən idarə olunacaq MMC-lər yaradılacaq.
Görüşlərdə söz alan KOBİA-nın nümayəndəsi Hafiz Sadıqov qeyd edib ki, Füzuli rayonu ərazisində belə bir layihənin icra olunması çox təqdirəlayiqdir və bu qadınlar arasında sahibkarlığa marağın artmasına böyük təkan verəcək. Bununla yanaşı H. Sadıqov layihə nəticəsində yaranacaq sahibkarlıq subyektlərinə KOBİA tərəfindən lazımi dəstək göstəriləcəyini deyib.
Görüşlərdə iştirak edən Füzuli rayon İH-nin Sosial-İqtisadi məsələlər üzrə müavini Süleyman Əliyev bildirib ki, bu layihə MK qəsəbələrində məskunlaşmış qadınların sosial-iqtisadi inteqrasiyasına çox müsbət təsir edəcəkdir və onların cəmiyyətdə daha fəal olmaqlarına şərait yaradacaq.
Hər iki görüşün sonunda müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb və təkliflər dinlənilib.




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəki və Zaqatalada vətəndaşları qəbul edib
19.09.2019
“İrəli“ üzvləri beynəlxalq layihədə
19.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhərləri sırasındadır
19.09.2019
Bakının Baş planı ilə bağlı ilkin təkliflər müzakirəyə çıxarılıb
19.09.2019
Əflatun Amaşov QDİƏT PM-in komitəsinin iclasında çıxış edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info