“Bakcell”in “Pulsuz 4G” internet kampaniyası oktyabra kimi davam edəcək
Tarix: 15.05.2019 | Saat: 13:05:00 | E-mail | Çapa göndər


320 mindən çox abunəçi “Mənim Bakcellim” mobil tətbiqindən yararlanır

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti “Pulsuz 1 GB” kampaniyasını oktyabra qədər uzadıb. Bu ilin martında elan edilmiş kampaniyanın şərtlərinə əsasən, “Mənim Bakcellim” mobil tətbiqetməsini yükləyib öz nömrəsi ilə qeydiyyatdan keçən hər bir “Bakcell” abunəçisi 1 Gb pulsuz internet trafiki əldə edir.
Mobil tətbiqetmə “Google Play” və yaxud “Appstore”dan yüklənilib pulsuz istifadə oluna bilər. Qeyd edək ki, hədiyyə yalnız “Mənim Bakcellim”də ilk dəfə qeydiyyatdan keçən abunəçilərə təqdim olunacaq. Kampaniyada iştirak edib pulsuz internetdən yararlanmaq üçün abunəçinin mobil cihazı 4G şəbəkəsini dəstəkləməli və 4G SİM-kartı ilə təmin olunmalıdır. Kampaniyanın müddətinin uzadılması “Android” və “iOS” platformalarında istifadə üçün nəzərdə tutulmuş “Mənim Bakcellim” rəqəmsal internet portalı və tətbiqetməsinin uğurları ilə bağlıdır. Belə ki, 2018-ci ilin fevralında istifadəyə verilmiş “Mənim Bakcellim” tətbiqetməsini cəmi bir il ərzində 320 mindən çox “Bakcell” abunəçisi yükləyib və bu rəqəmsal kanal üzərindən uğurla həyata keçirilmiş aylıq əməliyyatların sayı 30 minə çatıb. Tətbiqetmə abunəçilər arasında böyük rəğbət qazanıb, onun “Google Play” və “Appstore”da reytinqləri isə çox yüksəkdir. “Mənim Bakcellim” abunəçilərə məlumat mərkəzinə zəng etmədən və müştəri xidməti mərkəzinə getmədən mobil nömrə ilə istənilən əməliyyatı həyata keçirməyə imkanı verir. “Mənim Bakcellim” istifadəçilərə maksimum şəffaflıq və rahatlıq, zəng olunmuş nömrələrin siyahısı, zənglərin vaxtı və müddəti və sərf olunmuş məbləğlər daxil olmaqla nömrənin istifadə tarixçəsinə aid bütün məlumatlara tam nəzarət imkanı və hətta onlayn çat kimi üstünlükləri təqdim edir. Qeyd edək ki, həftənin 7 günü, günün 24 saatı ərzində fəaliyyət göstərən və 20 saniyəlik ilk cavab vaxtını təmin edən onlayn çat funksiyası üzərindən hər ay 7000 nəfərdən çox müştəri sorğusu emal olunur.
“Mənim Bakcellim” mobil tətbiqetməsini “Android” və “iOS” sistemləri ilə çalışan cihazlar üçün aşağıdakı linklərdən yükləmək olar: http://bit.ly/MenimBakcellim_android; http://bit.ly/MenimBakcellim_IOS
“Bakcell” özünün rəqəmsal müştəri xidməti kanalını daha da inkişaf etdirəcək və müştəriləri daha üstün istifadə təcrübəsi, daha geniş təhlükəsizlik imkanları ilə təmin etmək məqsədilə yaxın gələcəkdə “Mənim Bakcellim” applikasiyasına yeni maraqlı və faydalı funksiyalar əlavə edəcək.




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
İyunda neçə gün evdəyik?
22.05.2019
İrandan Bakıya “Fokker 100“ təyyarələrinin uçuşu gözlənilir
22.05.2019
Bələdiyyə idarəçiliyində qadınların rolu artacaq
22.05.2019
Gömrük Akademiyasının tələbələri məhkəmə baxışının simulyasiyasını keçiriblər
22.05.2019
Fondun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info