Zakir Həsənov: Azərbaycan Ordusunun şəxsi heyəti yüksək döyüş əzminə və qələbə ruhuna malikdir
Tarix: 15.05.2019 | Saat: 13:29:00 | E-mail | Çapa göndər


Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində hərbi hissələrin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavinləri, eləcə də hərbi psixoloqlarla görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə çıxış edən general-polkovnik Zakir Həsənov cari ilin ötən dövründə döyüş və mənəvi-psixoloji təminat sahəsində fəaliyyətlərin təhlilini aparıb, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb.
Nazir bildirib ki, ordu rəhbərliyi şəxsi heyətin azərbaycançılıq ideyası əsasında tərbiyə olunmasını diqqət mərkəzində saxlayır, Azərbaycan əsgərinin vətənpərvər ruhda formalaşmasını, Vətənə, dövlətə sadiq xidmət göstərməsini təmin edir. Azərbaycançılıq ideyasını, Heydər Əliyev irsini dərindən mənimsəmiş şəxsi heyət yüksək döyüş əzminə və qələbə ruhuna malikdir, Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə qadirdir. Orduda həyata keçirilən islahatlar, qazanılan nailiyyətlər, məişət və xidmət şəraitinin yaxşılaşdırılması məqsədilə görülən quruculuq işlərindən danışan nazir tərbiyə işinin də planlı şəkildə aparılması, qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə hər an hazır vəziyyətdə olmaları üçün ideoloji iş və mənəvi-psixoloji təminatın daima gücləndirilməsi ilə bağlı vəzifəli şəxslərə konkret tapşırıqlar verib.




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
Prezident Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19.09.2019
Budapeştdə Türk Şurasının nümayəndəliyi açılıb
19.09.2019
Gündəmdə qalmağa çalışanlar...
18.09.2019
Əli Kərimli indi də Müsavatı idarə etməyə hazırlaşır?
18.09.2019
İki qardaş ölkənin dövlət bayraqları Təkaltı dağının zirvəsində

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info