“Nə xaricdə olan bəzi qüvvələrin, nə də ki, daxildə olan müxalifətin ölkəmizlə bağlı məkrli istəkləri heç vaxt baş tutmayacaq”
Tarix: 15.05.2019 | Saat: 13:38:00 | E-mail | Çapa göndər


Hikmət Şikarov
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri

Brüsseldə Avropa İttifaqının Şərq tərəfdaşlığı Sammiti ərəfəsində bəzi qərb dairələrinin və erməni lobbisinin sifarişlərini yerinə yetirən bir qrup mühacirin qəfildən peyda olub şou yaratmaq cəhdləri bir daha həmin ünsürlərin xalqımıza və dövlətimizə qarşı ermənilərlə eyni səngərdə yer aldığını təsdiqləmiş oldu. Bu gün Azərbaycanın necə sürətli inkişaf etdiyi dünyaya məlumdur. Bu inkişaf cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə davam edir. Azərbaycanın istər daxili, istərsə də xarici siyasəti xalqın istəyinə uyğundur. Nəticədə isə Azərbaycanın dünyada nüfuzunun artmasından, daim yüksələn xəttlə artan inkişafından, anbaan güclənməsindən və bölgənin super inkişaf etmiş ölkəsi olmasından, onun yüksək səviyyəli iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsindən narahatlıq hissi keçirən xarici və daxili məkrli dairələr radikal düşmən möqeyində dayanaraq Azərbaycana və xalqımıza qarşı kəskin şəkildə qərəzli olduqlarını və Azərbaycanın beynəlxalq arenadakı uğurlarını gözlərinin götürmədiyini öz əməlləri ilə sübut eləyirlər. Belə olan təqdirdə isə Azərbaycanın qazandığı uğurların miqyası artdıqca Avropaya sığınıb ölkəmizə qarşı qarayaxma kampaniyalarını davam etdirən "siyasi mühacirlər" də milli maraqlarımızı düşmən erməniyə satmaqla bir daha mənəviyyatsızlıqlarını nümayiş etdirirlər. Məlum olduğu kimi belə ünsürlərin bütün fəaliyyəti anti-dövlətçilik və anti-millətçilik siyasəti üzərində qurulub və ermənipərəst qüvvələrin dəstək və sifarişləri ilə səfərbər olaraq xalqımızın bütün ali dəyərlərini zədələməyə və baltalamağa yönəlib. Müxtəlif mərkəzlərdən idarə olunan bu kimi şəxslər ölkənin milli maraqlarının qorunmasının nə olduğunu bilmir və başa düşmürlər. Eyni zamanda da unudurlar ki, öz havadarlarının icazəsi olmadan bir fikir bildirə bilməyən kəslər heç bir zaman ictimai rəyi çaşdıra bilməz və beynəlxaq ictimaiyyətdə artıq formalaşmış olan imicimizi heç cürə ləkələyə bilməzlər. Təbii ki, məlum çevrələrin vaxtaşırı olaraq, Azərbaycana qarşı qarayaxma kampaniyaları həyata keçirdiyini, xüsusilə əhəmiyyətli tədbirlər ərəfəsində onların fəallaşmağa başladığını nəzərə alsaq, heç şübhəsiz, ölkəmizi nüfuzdan salmağa çalışan qüvvələr öz çirkin əməllərini bundan sonra da davam etdirməyə çalışacaqlar. Ona görə də, Azərbaycan xalqı onların belə tərbiyəsizlik və mənəviyyatsızlıqlarına cavab olaraq Prezident İlham Əliyevin ətrafında daha sıx birləşərək sabitlik şəraitində, sürətli inkişaf yolunda yeni böyük müvəffəqiyyətlərə imza atacaq. Buna cavab olaraq isə birmənalı şəkildə demək olar ki, nə xaricdə olan bəzi qüvvələrin, nə də ki, daxildə olan müxalifətin ölkəmiz ilə bağlı məkrli istəkləri heç vaxt baş tutmayacaqdır.




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
İğdırda izdihamlı Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
15.09.2019
Elmar Məmmədyarov Avropaya rəsmi səfərə gedib
15.09.2019
Türkiyə Respublikasının Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15.09.2019
Bakının azadlığı uğrunda şəhid olmuş türk əsgərlərinin xatirəsi anılıb
15.09.2019
Azərbaycan və Türkiyə bayraqları ilə möhtəşəm yürüş

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info