UEFA nümayəndəsi: Avropa Liqasının final oyununun Bakıda keçirilməsi böyük hadisədir
Tarix: 15.05.2019 | Saat: 13:57:00 | E-mail | Çapa göndər


Bakıda AFFA-nın və UEFA-nın təşkilatçılığı ilə “Futbol və biznes” sammiti davam edir.
Sammitin “Futbol investisiyasından sosial fayda” mövzusunda ikinci iclasında UEFA-nın nümayəndəsi Aleksandr Kuçeryavıy UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək bunun böyük hadisə olduğunu bildirib. Qeyd edib ki, final oyunundan əvvəl irs yaradılmalıdır. Biznes və futbol haqqında sosial platformanın olması gözəl haldır. Çünki bu platformanın vasitəsilə fikirlərimizi bölüşür və müzakirələr aparırıq.
Azərbaycanda idmanın vergilərdən azad edilməsinin inkişaf strategiyasının bir hissəsi olduğunu vurğulayan A.Kuçeryavıy “UEFA Grow” modeli haqqında məlumat verib. O, milli assosiasiyaların biznesin inkişafına göstərdikləri dəstəkdən danışaraq deyib: “UEFA ilə AFFA arasında sıx və fəal əməkdaşlıq mövcuddur. AFFA bizim təklif etdiyimiz bilik və təcrübələrdən çox gözəl istifadə edir. Bu əməkdaşlıq sayəsində mühüm irəliləyişlər əldə olunur”.
“UEFA Grow” modelinin beynəlxalq futbolun inkişafındakı rolundan danışan UEFA-nın konsultantı Tim Krabbe bu modelin faydalarından söz açıb. Vurğulayıb ki, iqtisadiyyat, sosial və səhiyyə sahələrində modelin kifayət qədər uğurlu layihələri olub. Modeldə bu sahələrin futbolla birgə inkişafı nəzərdə tutulub. Bu model təkcə həmin üç istiqamətlə kifayətlənmir. Könüllülərin yarışlara cəlb olunması və onların dünyagörüşünün inkişaf etdirilməsi də xüsusi istiqamətlərdən biridir. Uşaqlar, böyüklər, peşəkar və həvəskarların eyni şövqlə futbol oynadıqlarını diqqətə çatdıran UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin hazırda bəzi ölkələrdə uşaqların müxtəlif zorakılıq hallarına məruz qaldıqlarını bildirib. O deyib ki, bütün bunlara baxmayaraq, uşaqlar futboldan uzaq qalmırlar. Məsələn, Əfqanıstanda ictimai-siyasi vəziyyət gərgin olsa da, uşaqlar futbol oynamaqdan yorulmurlar. Bütün ölkələrdə uşaqların əyləncəsi üçün şərait yaradılmalıdır. Bu, hamımızın borcudur. UNICEF ilə AFFA arasında müxtəlif mövzularda uğurlu layihələrin həyata keçirildiyini diqqətə çatdıran E.Karvardin bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
“Bakıdakı finalda qələbəyə layiqik“
23.05.2019
Prezidentin xahişi ilə milliyə qayıtdı
22.05.2019
UEFA İcraiyyə Komitəsinin Bakıda keçiriləcək iclasının gündəliyi açıqlanıb
22.05.2019
“Arsenal”ın qapıçısı:Əsas hədəfimiz UEFA Avropa Liqasının Bakıdakı final matçının qalibi olmaqdır
22.05.2019
Van Persi Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə bağlı proqnozlarını verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info