Bakı Ali Neft Məktəbinin Neft-Qaz Mühəndisləri Cəmiyyəti regional yarışın qalibi olub
Tarix: 15.05.2019 | Saat: 14:27:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) Neft-Qaz Mühəndisləri Cəmiyyəti (SPE - Society of Petroleum Engineers) Qazaxıstanda keçirilən “PetroBowl” regional seçimlərində ölkəmizi təmsil edərək 1-ci yerin qalibi olub. BANM-dan bildirilib ki, həmin ali məktəbin Neft-Qaz Mühəndisləri Cəmiyyətinin 5 tələbəsi Kanadada keçiriləcək “PetroBowl” çempionatı çərçivəsində təşkil olunan Neft-Qaz Mühəndisləri Cəmiyyətinin İllik Texniki Konfrans və Sərgisində (SPE Annual Technical Conference and Exhibition - ATCE2019) ölkəmizi təmsil etmək hüququ qazanıb. BANM-in tələbələri Məhəmməd Əliyev, Nihad Abbasov, Gülay İbrahimova, Elmir Abilov və İsmayil Əkbərov çempionatın qalibləri olublar. Qeyd edilib ki, qeyri-hökumət təşkilatı olan SPE-nin əsas məqsədi tələbə və gənc mühəndislərin inkişafına töhfə vermək, neft sənayesinin bütün dünya üzrə təcrübəli mütəxəssislərini bir araya gətirmək, onlara elmi işlər aparıb nəticələrini təqdim etmək, təcrübələrini paylaşmaq üçün müxtəlif konfranslar, forum, sammit və sərgilər keçirərək şərait yaratmaqdır.




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
Peşə Təhsil Mərkəzində “Nəsimi ili” çərçivəsində tədbir keçirilib
22.05.2019
“Made in Azerbaijan 2019” müsabiqəsinin qalibləri müəyyənləşdi
22.05.2019
Bu şəxslər 11-ci sinfi bitirdikdən sonra ali məktəbə 2 il imtahansız qəbul ola biləcəklər
22.05.2019
Bu il qəbul imtahanlarında fənlər üzrə bal məhdudiyyəti qoyulmayıb
21.05.2019
Suraxanı və Xətai rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info