“Facebook” canlı yayım siyasətini sərtləşdirib: terrora görə
Tarix: 15.05.2019 | Saat: 14:30:00 | E-mail | Çapa göndər


“Facebook” sosial şəbəkəsi Yeni-Zelandiyanın Christchurch şəhərində baş vermiş terror aktından sonra canlı yayım siyasətini sərtləşdirib. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bundan sonra “Facebook” qaydaları pozan istifadəçilərin canlı yayıma çıxmasına müvəqqəti qadağa qoyacaq.
Sosial şəbəkə yaxın həftələrdə bu məhdudiyyətləri digər sahələrə də tətbiq etməyi planlaşdırır. “Facebook” ilk növbədə qaydaları pozan müştərilərin platformada reklam yerləşdirməsini də məhdudlaşdırmaq istəyir. Xatırladaq ki, martın 15-də cümə namazı vaxtı Yeni Zelandiyanın Christchurch şəhərinin Hagley Park qəsəbəsində yerləşən Əl-Nur və Linvud məscidlərinə silahlı hücum nəticəsində 50 nəfər həlak olub, bir o qədər insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yeni Zelandiyanın hakimiyyət orqanları hadisəni terror aktı kimi qiymətləndirib.
Terrorçu, 28 yaşlı avstraliyalı Brenton Tarrant hücum anlarını videoya çəkərək sosial şəbəkələrdə canlı yayımlayıb. “Facebook” kompaniyasının məlumatına əsasən, hücumdan sonrakı 24 saat ərzində şəbəkədən 1,5 milyona yaxın video çıxarılıb.




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
“Şeytanın qidası” adlandırılan tərəvəz haqqında bilmədikləriniz
18.09.2019
Alimlәr әn böyük neytron ulduzu müәyyәn ediblәr
18.09.2019
Hindistanda elektron siqaret qadağan edildi
18.09.2019
Yerli uçan avtomobil Cezerinin təqdimatı keçirilib
17.09.2019
Moskva sakini lotereyada 286 milyon rubl udub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info