İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində BMT-nin İnkişaf Proqramının missiyası ilə görüş keçirilib
Tarix: 15.05.2019 | Saat: 15:12:00 | E-mail | Çapa göndər


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) "Ölkə proqramı üzrə müstəqil qiymətləndirmə" missiyası ilə görüşüb.
İİTKM-dən bildirilib ki, V.Qasımlı ölkədə aparılan uğurlu iqtisadi islahatlar, Strateji Yol xəritələrinin monitorinq və qiymətləndirmə nəticələri, mərkəzin monitorinq və qiymətləndirmə institutu olaraq həyata keçirdiyi fəaliyyətlər, eləcə də "Azexport.az", "EnterpriseAzerbaijan.com", Rəqəmsal Ticarət Qovşağı, "Azranking.az" və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi barədə ətraflı məlumat verib.
İcraçı direktor, həmçinin Strateji Yol xəritələrinin, müvafiq monitorinq və qiymətləndirmə çərçivəsinin hazırlanmasında UNDP tərəfindən təmin edilən ekspert dəstəyi və donor qurumları ilə koordinasiyada əməkdaşlığı yüksək qiymətləndirib.
UNDP-nin qiymətləndirmə missiyasının rəhbəri Elinor Bajraktari və qiymətləndirmə mütəxəssisi Anna Querragionun Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həm Strateji Yol xəritələrinin, həm də digər dövlət proqramlarının hazırlanması, icrası və monitorinqində nəzərə alınması, UNDP-in ölkədə strateji idarəetmə tədbirlərinə töhfəsi, idarəetmə islahatları barədə Azərbaycanın maraqlı təcrübəsi olduğunu bildiriblər. Müzakirələr zamanı Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, "ASAN xidmət"in fəaliyyəti, fiskal sahədə aparılan institusional və tənzimlə islahatları, Orta Müddətli Xərclər Çərçivəsi, Fiskal Qayda, Orta və Uzun Müddətli Dövlət Borcu Strategiyası və Nəticə-Əsaslı Büdcə İdarəçiliyi kimi sənədlərin qəbul edilməsi barədə məlumat verilib. Yeni iqtisadi inkişaf strategiyası, şaxələndirmə, insan kapitalı və fiskal islahatlar kimi strateji sahələr gələcək əməkdaşlıq istiqamətləri kimi təklif edilib.
Sonda qonaqlara "Doing Business 2020"yə həsr olunan islahat icmalı və "Strateji Yol xəritələrinin monitorinq və qiymətləndirmə" nəticələrinə dair icmallar təqdim olunub.

Anar




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
Prezident Administrasiyasının işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
22.05.2019
Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan İnterkonnektorunun inşasına başlanılıb
22.05.2019
Prezident Mərkəzi Parkın açılışında iştirak edib
22.05.2019
Ərdoğan: “Azərbaycanın qazandığı böyük uğurlar Türkiyə üçün də qürur mənbəyidir”
22.05.2019
Avroliqanın final oyunu ilə əlaqədar banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info