Parisdə Türk dünyasının mədəni irsi ilə bağlı Beynəlxalq Forum başlayıb
Tarix: 15.05.2019 | Saat: 15:30:00 | E-mail | Çapa göndər


Bu gün Parisdə, #UNESCO-nun mənzil qərargahında təşkilatın himayədarlığı altında Beynəlxalq Türk Akademiyasının (#BTA) (International Turkic Academy) təşkilatçılığı ilə "Böyük Çöl: mədəni mirası və dünya tarixində rolu" Beynəlxalq Forumu işə başlayır.
Forumun işinə Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstanın Qurucu Prezidenti Nursultan Nazarbayev təbrik məktubu ünvanlayıb.
Forum çərçivəsində böyük mütəfəkkir İmadəddin Nəsiminin 650, Əhməd Ağaoğlunun 150, Balasaqunlu Yusif Xas Hacibin "Kutadqu Bilik" əsərinin yazılışının 950, Qızıl Orda dövlətinin qurulmasının 750 illiyi qeyd olunacaq.
Foruma BTA-ya üzv ölkələrdən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Macarıstanla yanaşı, Özbəkistan, ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, Böyük Britaniya, Hollandiya və digər ölkələrdən 70-dən artıq alim, tədqiqatçı və dövlət xadimləri qatılır. Üç fərqli paneldə türk dünyasının dünya mədəniyyətinə töhfələri ilə bağlı müxtəlif məruzələr olunacaq.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
“Kids Fashion Design” dəb nümayişi keçirilib
23.05.2019
Heydər Əliyev Mərkəzində Zurab Seretelinin sərgisi açılıb
22.05.2019
“İstedadlar sorağında – 2019”: Xəzər rayonunda yaradıcılıq festivalının final mərhələsi keçirilib
22.05.2019
Akademik Musiqili Teatr Afaq Bəşirqızı ilə Qəbələdə
21.05.2019
Dünya mediası azərbaycanlı rəssamdan yazır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info