Azexport.az portalı beynəlxalq “WorldFood Azerbaijan 2019” sərgisində iştirak edir
Tarix: 15.05.2019 | Saat: 17:24:00 | E-mail | Çapa göndər


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport portalı Bakıda keçirilən regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirlərindən biri olan Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2019” sərgisində “Səyyar Xidmət Mərkəzi” ilə təmsil olunur.
Sərginin ilk günündən Azexport.az portalının “Səyyar Xidmət Mərkəzi”-nə yerli və xarici ziyarətçilərin böyük marağı müşahidə olunub. Portalın meneceri Ayxan Qədəşovun məlumatına görə, Rusiya, Almaniya, Italiya, Belarus, Türkiyə, Ukrayna kimi ölkələrdən olan ziyarətçilərlə yanaşı respublikada qida, kənd təsərrüfatı və qablaşdırma sahələri üzrə ixtisaslaşmış şirkət nümayəndələri “Səyyar Xidmət Mərkəzi” ilə tanış olublar. Ziyarətçilərə portalın yerli sahibkarlar üçün yaratdığı geniş imkanlardan və qısa zaman ərzində qazandığı uğurlar barədə ətraflı məlumatlar verilərək, daha yaxından əməkdaşlığa dəvət olunublar. Dörd ixtisaslaşmış sərgidə ümumilikdə dünyanın 32 ölkəsini təmsil edən 440 şirkət, eləcə də 11 milli və regional qrup təmsil olunur. Qeyd edək ki, Azexport.az portalı artıq üçüncü ildir ki, ölkəmizdə keçirilən analoji sərgidə iştirak edir.

Anar




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
Bakıda IX Beynəlxalq “Caspian Energy Forum – 2019” başlayıb
19.09.2019
“Azeri Light”ın bir barreli 67,33 dollara satılır
19.09.2019
Azərbaycan və Moldova arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb
19.09.2019
Türkiyə İran ilə ticarət həcmini artırır
19.09.2019
Azərbaycan neftinin qiyməti dəyişdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info