Çexiya parlamenti Deputatlar Palatasının sədri Azərbaycana rəsmi səfərə gəlib
Tarix: 15.05.2019 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçekin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 15-də Azərbaycana rəsmi səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Çexiya parlamenti Deputatlar Palatasının sədrini Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Valeh Ələsgərov qarşılayıb. Jurnalistlərə müsahibəsində Radek Vondraçek Azərbaycana səfərdən məmnunluğunu bildirib. O, ölkələrimiz arasında bir çox oxşarlıqların olduğunu deyib. Deputatlar Palatasının sədri Çexiya ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf səviyyəsini yüksək qiymətləndirdiklərini söyləyib. O, Azərbaycana iş adamlarından ibarət nümayəndə heyəti ilə gəldiyini qeyd edib. Səfər çərçivəsində bir çox sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələrin aparılacağını diqqətə çatdıran Radek Vondraçek əlaqələrin daha da genişlənməsi üçün yaxşı potensialın olduğunu vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
İğdırda izdihamlı Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
15.09.2019
Elmar Məmmədyarov Avropaya rəsmi səfərə gedib
15.09.2019
Türkiyə Respublikasının Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15.09.2019
Bakının azadlığı uğrunda şəhid olmuş türk əsgərlərinin xatirəsi anılıb
15.09.2019
Azərbaycan və Türkiyə bayraqları ilə möhtəşəm yürüş

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info