“Buta Airways” Bakıdan Odessaya birbaşa uçuşlara başlayıb
Tarix: 16.05.2019 | Saat: 09:09:00 | E-mail | Çapa göndər


Mayın 16-da “Buta Airways” lou-kost aviaşirkəti Bakıdan Ukraynanın daha bir şəhərinə - Odessaya birbaşa uçuşlara başlayıb. Odessaya uçuşlar həftənin cümə axşamı və bazar günləri yerinə yetiriləcək. Bu istiqamətə də minimal tarif bir tərəfə 29 avro təşkil edir. Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında “Büdcə” və “Standart”, həmçinin aviaşirkətin satış ofislərində “Super” tarifləri ilə əldə etmək mümkündür. Lou-kost aviaşirkət olaraq, “Büdcə” minimal tarifində baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir. On kiloqramadək çəkisi olan əl yükü, 23 kiloqramadək baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan “Super” tarifi üzrə aviabiletləri satış ofislərində əldə etmək mümkündür.
Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa iki saat qalmış bağlanır. Onlayn-qeydiyyat bütün tariflərdə pulsuzdur.
Qeyd edək ki, Ukraynaya yeni istiqamətin açılması iki ölkə arasında turist axınını daha da artıracaq. Odessa lou-kost aviaşirkətin Ukraynadakı üçüncü istiqaməti olacaq. Aviaşirkət artıq Kiyev və Xarkova müntəzəm uçuşlar həyata keçirir.




 
Bölməyə aid digər xəbərlər
27.05.2019
Bağlanmış banklarda vaxtı keçmiş kredit borcu olanların nəzərinə: proses başlayır
27.05.2019
Neft Fondunda “Uğurlu səhm seçimi” müsabiqəsinin yarımfinalı baş tutub
27.05.2019
Prezident 28 May – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda iştirak edib
27.05.2019
“AtaBank” Avropa Liqasının finalı ilə bağlı gücləndirilmiş rejimə keçəcək - VIDEO
27.05.2019
Bakının elektrik enerjisi təchizatının etibarlılığı artırılıb- VIDEO

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
2 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
3 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
4 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info