“Milli şura”dakı qrupların hər ikisi kimə desən işləməyə hazırdırlar”
Tarix: 02.08.2013 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


Əli Əliyev: “Xarici dairələrə xidmət edən qurum və şəxsə münasibət barışmaz olmalıdır”

“Milli şura” adlı ziddiyyətlər və “razborkalar qurumu” Tiflisdəki görüşlə özünün fəaliyyət “zirvə”sinə çatdı və bir daha əyan oldu ki, bu qurum və onda təmsil olunan qruplar effektli siyasi fəaliyyət və seçki hazırlıqları üçün yararsızdır. Bunu həmin qurumun təmsil olunduğu müxalif düşərgənin mənsubları da bildirirlər. Sözügedən mövzuda qəzetimizə fikirlərini bildirən ekspert və siyasilər də bu fikirdədir. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev “Palitra”ya açıqlamasında belə qeyd etdi: “Tiflis görüşü bir daha sübut etdi ki, “milli şura” yekcins və mütəşəkkil deyil, orada müxtəlif qruplar və şəxslər bir-birilərilə ciddi konflikt və amansız rəqabətdədir. Onların maraqları üst-üstə düşmür. Məsələn, İsa Qəmbərin son açıqlamalarından belə bəlli olur ki, “milli şura”da Rüstəm İbrahimbəyovun Bakıya gəlişini istəyənlər də olub, istəməyənlər də. Bunların hər ikisi bəllidirlər. Üstəgəl, Saakaşvilinin son açıqlaması maraq doğurur. O da “milli şura”nı Rusiyadakı dairələrlə bağlayır. Bu da bizim partiyamızın neçə aylardır, Azərbaycan ictimaiyyətinə bu barədə bildirdiyi mesajı təsdiq edir. Bu barədə bəzi rus ekspertlərinin fikirləri də dediklərimizi müəyyən mənada təsdiqləyir. Bütün dəlillər və arqumentlərin hamısı “milli şura”nın və orada təmsil olunanların Azərbaycan xalqının mənafeyinə xidmət etmədiyini ortaya qoyur. Hesab edirəm ki, xarici dairələrə xidmət edən hər hansı quruma və şəxslərə münasibət birmənalı olaraq mənfi və barışmaz olmalıdır. Burada heç bir güzəşt yoxdur və olmamalıdır. “Milli şura” layihəsi Azərbaycan cəmiyyətinə yox, xarici maraqlara xidmət edir, ona görə də məhvə və puç olmağa məhkumdur. Bunu həmin qurum daxilindəki proseslər, cəmiyyət arasında bu quurmun nüfuzsuzluğu, ona olan mənfi münasibət də sübut edir”.
Maraqlıdır ki, Tiflis görüşünə qədər Müsavat Partiyasının rəhbərliyi, funksionerləri cidd-cəhdlə Rüstəm İbrahimbəyova qarşı aşağılayıcı ifadələr işlədirdilər. Tiflis göüşündən sonra isə müsavatçılar İbrahimbəyovla bağlı tamamilə müsbət fikirlər söyləməyə başladılar. Bəs bu mövqe dəyişkənliyinin arxasında nə durur? Ə.Əliyev bu barədə bildirdi ki, Tiflis görüşündən sonra müsavatçılar qəti əmin olublar ki, İbrahimbəyovun Bakıya gəldiyi gün olmayacaq: “Ona görə də ümumilikdə ictimai rəydə uduzmamaq üçün yalandan Rüstəm İbrahimbəyovu tərifləyirlər. Bununla həm də onun tərəfdarlarına elektorat kimi göz dikiblər. İndi Müsavat Rüstəm İbrahimbəyovu ölkəyə gələ bilmədiyi üçün özü üçün “zərərsiz” görür. Ona görə də onun ünvanıa təriflər yaağdırırlar ki, müxalif elektoratı öz ətrafına cəlb etsinlər”.

“Tiflis görüşü bir daha sübut etdi ki, “milli şura” yekcins və mütəşəkkil deyil, orada müxtəlif qruplar və şəxslər bir-birilərilə ciddi konflikt və amansız rəqabətdədir”

Amma buna baxmayaraq, Müsavatın nəzarəti altında olan qəzet və digər bəzi müxalif mətbu orqanlar indiyə qədər də antirüstəm təbliğatı aparmaqdadır, Tiflis görüşünün uğursuz olduğunu bildirməkdədir. Bu məsələyə toxunan Ə.Əliyev qeyd etdi ki, Müsavat “milli şura” daxilində korporativ maraq güdür. Ona görə də onlar İbrahimbəyovu indi də aşağılayırlar. Ümumiyyətlə, “milli şura”dakıların bir-birilərinə qarşı bu cür qarşılıqlı təhqir kampaniyaları sosial şəbəkələrdə, hər yerdə davam edir. “Milli şura”da əsas iki qrup bir-birilərinə qarşı durublar. Bunlar İbrahimbəyov olmayacaqsa, boykotu əsas tutanlar, bir də müsavatçılardır. Bu qrupun hər ikisi öz şəxsi maraqlarını hər şeydən üstün tutaraq, kimə desən işləməyə hazırdırlar. Amma “milli şura” layihəsi xarici və antiazərbaycan maraqlara əsaslandığı üçün seçkilərdə uğursuzluqla üzləşəcək”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir
25.09.2018
“Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
25.09.2018
Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info