Bakıda Maliyyə və Texnologiyalar Sammiti işə başlayıb
Tarix: 16.05.2019 | Saat: 12:13:00 | E-mail | Çapa göndər


Mayın 16-da Bakıda "Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” çərçivəsində "Fintex Sammit - Maliyyə və Texnologiyalar Sammiti" keçirilir. Sammitin media tərəfdaşı AZƏRTAC xəbər verir ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ölkədə informasiya texnologiyaları sahəsində görülən işlərdən, əldə olunan nailiyyətlərdən danışıb. Bildirib ki, son dövrlər informasiya texnologiyaları sektorunda yeni inkişaf trendləri meydana gəlib. Dünyada blokçeyn qlobal fenomenə çevrilib: “Hazırda blokçeyn texnologiyalarının istifadəsi IT proqramları sahəsində, eləcə də digər sektorlarda daha geniş aparılır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu sahədə maraqlıdır və araşdırmalar aparılmalıdır. Müasir texnologiyaların inkişafında, həmçinin startaplar mühüm rol oynayır. Nazirlik startapların da inkişaf etdirilməsində öz köməyini göstərir”.
Mərkəzi Bankın idarə heyətinin sədrinin birinci müavini Alim Quliyev isə diqqətə çatdırıb ki, müasir dövrdə texnologiyaların inkişafı iqtisadiyyatın bütün sahələrində olduğu kimi maliyyə sektoruna öz təsirini göstərir. Dəyər zənciri daha da mürəkkəbləşir, sektora yeni iştirakçılar daxil olur, nəticədə bank olmayan provayderlərin iştirakı sürətlə artır.
Maliyyə texnologiyaları üzrə innovativ həllərin tətbiqinin genişlənməsi dünya miqyasında fintexlərə olan marağı durmadan artırmaqdadır. Qlobal səviyyədə bu gün maliyyə təşkilatlarının 80 faizi fintexlərlə əməkdaşlıq edir. Əgər 2011-ci ildə dünyada fintexlərə investisiyaların həcmi 1,8 milyard dollar idisə, ötən ilin sonuna bu göstərici 30,8 milyard dollara çatıb. Gələcəkdə fintexlərin effektivliyi və səmərəlilik göstəricisi artdıqca investisiyalar da artacaq. Rəqəmsal transformasiya əsasında müasir bank sisteminə keçid, ödəniş ekosistemində son trendlər və innovativ ödəniş həlləri, rəqəmsal mühitdə informasiya təhlükəsizliyi və digər mövzuların müzakirə olunacağı sammitdə Avropa Banklar Federasiyası, IFC, "Vısa Inc.", "MasterCard Worldwide", "American Express", Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Sistemi (SWIFT) kimi beynəlxalq təşkilatlarla yanaşı, ABŞ, Yaponiya, Çin, Avropa İttifaqı və MDB ölkələrindən elektron ödənişlər və rəqəmsal bankçılıq sahəsində qabaqcıl təşkilatların nümayəndələri iştirak edirlər.

Anar




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Gələn il Azərbaycan manatının dollara məzənnəsi ilə bağlı proqnoz
19.10.2019
Moskva Bakıya nüvə elmi və texnologiyaları mərkəzinin yaradılmasını təklif edib
19.10.2019
Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb
19.10.2019
BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var
19.10.2019
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info