Krasnoyarskda Azərbaycan Mədəniyyət Günü keçirilib
Tarix: 16.05.2019 | Saat: 12:32:00 | E-mail | Çapa göndər


Mayın 11-də A.N. Kuznetçova adına Mədəniyyət-Sosial Kompleksində "Krasnoyarsk diyarında Azərbaycan mədəniyyət günü”nə həsr olunmuş tədbir keçirilib. Bayram tədbiri Krasnoyarsk diyarı “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatı və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RATİ) Krasnoyarsk şöbəsi tərəfindən təşkil edilib. Tədbir iki hissədən ibarət olub. Öncə “Krasnoyarsk vilayətinin millətlərarası cəmiyyətində azərbaycanlılar: tarix, mədəniyyət, ənənələr" mövzusunda konfrans keçirilib. Konfransı Krasnoyarsk vilayətindəki azərbaycanlıların tarixi, fəaliyyəti və nailiyyətləri, ənənələri və mədəniyyəti haqqında danışan Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RATİ) Krasnoyarsk şöbəsinin sədri Eldar Mirzəyev açıb. Qonaqlar üçün Azərbaycan ədəbiyyatı, suvenirlər, musiqi alətləri, eləcə də milli geyimləri olan foto zona ilə müxtəlif yerlər təşkil olunub. Panellər arasındakı fasilələr zamanı "Odlar Yurdu" Azərbaycan xalq mahnı və rəqs ansamblının rəqqasları və vokalçıları çıxış edib. Konfransda, həmçinin bütün yaradıcılıq mövsümündə Krasnoyarskda Azərbaycanla bağlı tədbir təşkil edənlərə və bu tədbirlərin keçirilməsinə kömək edənlərə Krasnoyarsk diyarı “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri Taleh Mahmudovun adından təşəkkür məktubları təqdim olunub.
Konfransın rəsmi hissəsi bitdikdən sonra Böyük Konsert Zalında sevilən "Odlar Yurdu" Azərbaycan xalq mahnı və rəqs ansamblının uzun müddətdir gözlənilən konserti keçirilib. Tamaşaçılara “Şələqoy”, “Yallı”, “Qaytağı”, “Leylim”, “İnnabı” və s. milli Azərbaycan rəqsləri ifa edilib. Daha sonra istedadlı müğənni Gülya Qocayeva vokal nömrələri ilə çıxış edib. “Odlur Yurdu”nun direktoru, ictimai xadim Səadət Qarayeva, Krasnoyarsk diyarı “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədr müavini Aqil Cəfərov, Sədr Taleh Mahmudovun adından qonaqları salamlayıb, azərbaycanlıları təbrik ediblər.
Səadət Qarayeva, eyni zamanda 10 may tarixində ümummilli lider Heydər Əliyevin ad günü olmasını xatırladıb. “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının üzvləri, eləcə də "Krasnoyarsk vilayəti xalqlarının dostluq evi" və A.N. Kuznetçova adına "Əmək və Həmrəylik Sarayı”nın nümayəndələri də təbrik çıxışları ediblər. İllik ənənəyə görə, ansamblın rəhbərliyi “Odlar Yurdu”nda kursu bitirən üç fərqlənən məzuna doplom tədim edilib.
Krasnoyarskda Azərbaycan Mədəniyyət Gününə həsr olunmuş böyük bir bayram tədbirinin sonunda iştirakçılar və qonaqlar təşkilatçılarla birgə xatirə şəkilləri çəkdiriblər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
27.05.2019
“CinemaPlus”da Şərq gecəsi
27.05.2019
Söz işığında müdrikləşən şair
26.05.2019
İsveçdə Respublika Günü münasibətilə konsert təşkil olunub
26.05.2019
Kann festivalının “Qızıl Palma” mükafatının qalibi bəlli olub
25.05.2019
Opera və Balet Teatrında yeni səhnə əsəri - “Nəsimi” baleti

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
2 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
3 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
4 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info