Gömrük Akademiyasının tələbəsi: “Əgər bu sistemdə işləmək istəyirsənsə, aşağı pillədən işləməyə başlamalısan”
Tarix: 16.05.2019 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


Turan Ağayev: “Müəyyən bilgilər təcrübədə lazım olur, amma təcrübə tamam başqa bir dünyadır”

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) IV kurs tələbələri 18 fevral 2019-cu il tarixdən 14 həftə ərzində bir sıra müxtəlif dövlət qurumlarında istehsalat təcrübəsi keçirlər. Tələbələr öz buraxılış işlərinin mövzularına uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikasının Auditorlar Palatası, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, “AtaSığorta” ASC, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyasında təcrübədədirlər.
Müsahibimiz Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük Dəyərləndirilməsi və Risklərin İdarə Olunması şöbəsində təcrübə keçən “İqtisadiyyat” ixtisası üzrə təhsil alan 4-cü kurs 406-cı qrup tələbəsi Turan Ağayevdir.

- Turan, sizi bu qurumda necə qarşıladılar? Nə kimi işlər görürsünüz?

- İdarəyə gəldiyim ilk gündən, təbii olaraq, iş prosesini bilmədiyim üçün müəyyən qədər sıxılırdım. Amma şöbə rəisi ilə söhbətdən sonra artıq müəyyən qədər maraq yarandı. Belə ki, şöbə rəisi mənə bu şöbənin işinin xüsusiyyətləri barədə və burda gedən iş prosesi haqqında bir qədər söz açdı. Bundan sonra mən də özümü bu şöbənin bir əməkdaşı kimi hiss etməyə başladım. Şöbə əməkdaşları da mənə iş prosesində hər cür kömək göstərirlər.
Sizcə, iş fəaliyyətinizə başlamadan belə bir təcrübənin sizin üçün hansı müsbət tərəfləri var?

- Əgər gələcəkdə burda işlə təmin olunsam, faydaları çox olacaq. Çünki artıq 3 ay yarım bu şöbədə təcrübə keçmiş biri olaraq iş prosesindən xəbərdaram.
Akademiyada tədris zamanı əldə etdiyiniz biliklər təcrübədə köməyinizə yetirmi?


- Müəyyən bilgilər təcrübədə lazım olur, amma təcrübə tamam başqa bir dünyadır. Nəzəri olaraq öyrəndiyin biliklər təcrübədə çox zaman keçmir. Məsələn, bəzən hər hansı bir malı gətirən şəxslər elə bir yollardan və ya hiylələrdən istifadə edirlər ki, bu sizin ağlınıza belə gəlmir və siz də bu halların qarşısını almaq üçün aidiyyatı üzrə müəyyən tədbirlər həyata keçirməlisiniz. Bu proseslər heç vaxt nəzəriyyədə öyrədilmir.

- Bəs sizin fikrinizcə, yaxşı mütəxəssis olmaq üçün nəzəri biliklər, yoxsa təcrübə daha önəmlidir?

-Təbii ki, hər ikisi vacibdir, amma mənim burda şöbə rəisimdən öyrəndiyim bir məqam var. Əgər bu sistemdə işləmək istəyirsənsə, aşağı pillədən işləməyə başlamalısan. Birdən birə yüksək vəzifə tutmağın faydası olmur. Öyrənə-öyrənə gəlib yüksək vəzifəyə çatdığın zaman artıq peşəkar bir əməkdaş ola bilirsən.
Müsahibəyə görə təşəkkür edirik və sizə uğurlar arzulayırıq.

Tural




 
Bölməyə aid digər xəbərlər
13.06.2019
“Ambassador’s wife can positively affect the image of her country with her actions including those that are related to their personal life”
03.06.2019
Azərbaycan sevgisini kətana köçürən ukraynalı rəssam
03.06.2019
Украинский художник, который перевел азербайджанскую любовь на холст
01.06.2019
Bu gündən Azərbaycanda ov mövsümü açıq elan edilir
31.05.2019
Fabreqas azərbaycanlı bərbəri Fransaya dəvət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info