İrəvanla Xankəndi arasında ziddiyyət artır: “Onlar Köçəryanı niyə müdafiə edirlər”
Tarix: 18.05.2019 | Saat: 12:15:00 | E-mail | Çapa göndər


Paşinyan: “İnsanlar Serj Sarkisyanın hələ də azadlıqda olmasına görə məni tənqid edirlər”

Ermənistanın baş nazri Nikol Paşinyan rusiyalı jurnalistələrə verdiyi açıqlamada bildirib ki, qondarma Dağlıq Qarabağ rejiminin “rəhbəri” Bako Saakyanın Robert Köçəryanın həbsdən azad olunimas ilə bağlı məhkəmyə müraciət etmə istəyindən xəbərdar olub. Amma bu prosesə qarışmayıb. “Kommersant” yazır ki, İrəvan və Xankəndinin Köçəryan məsələsinə fərqli münasibət bəsləməsinin münasbətlərə mümkün təsiri ilə bağlı sualı cavablandıran Paşiynan deyib: “Mənəvi baxımdan yanaşanda, Saakayanı başa düşə bilərəm. Amma siyasi baxımdan yanaşanda ortaya bəzi suallar çıxır. Məsələn, Dağlıq Qarabağda hansısa məhkmə işi olsa və mən də onlar kimi davranıb kimisə müdafiə etsəm, necə olar? Bir məsələni dəqiqləşdirmək lazımdır – onlar Robert Köçəryanı niyə müdafiə edirlər”. Paşinyan bildirib ki, Bako Saakayanın gəlişi ilə bağlı əvvəlcədən məlumatlı olub və onunlə şəxsi söhbətində bu hərəkətinə münasibətini bilirib. Amma bunun necə olduğunun detallarını açıqlamayıb. “News.am” xəbər verir ki, Paşinyan Köçəryanın məhkəməsinə böyük ictimai dəstəyin olduğunu bildirib: “Ermənistan cəmiyyətində bu məhkəmə işinə geniş dəstək var. Hətta bir çoxları müttəhimlər kürsüsündə daha bir eks-prezident – Serj Sarkisyanı görmək istəyir. Mən sizə açıq deyim ki, insanlar Serj Sarkisyanın hələ də azadlıqda olmasına görə məni tənqid edirlər. Təkcə insanlar yox, eləcə də ictimai təşkilatlar, KİV də bunu tələb edir. Amma belə məsələləri istintaq orqanları həll edir, həm də siyasi mahiyyətinə görə deyil. Elə osaydı, Serj Sarkisyan çoxdan həbsxanada olardı”.

Anar




 
Bölməyə aid digər xəbərlər
27.06.2019
Rusiyada sərnişin təyyarəsi qəza enişi edib, ölənlər və yaralananlar var
27.06.2019
Putin İnquşetiyanın yeni rəhbərini təyin edib
26.06.2019
Gürcü larisi tarixi minimumu yenilədi
26.06.2019
Rusiyaya tətbiq olunan sanksiyalar alman şirkətlərini müflis etdi
26.06.2019
Rusiyada terror aktı planlaşdıran İŞİD üzvü tutulub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10817

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info