“Toyota” ABŞ-ın milli təhlükəsizliyə təhdid barədə bəyanatını tənqid edib
Tarix: 18.05.2019 | Saat: 12:25:00 | E-mail | Çapa göndər


Yaponiyanın “Toyota Motor Corporation” konserni ABŞ-ın hazırkı vəziyyətdə avtomobil idxalının ölkənin milli təhlükəsizliyinə təhdid törətdiyi barədə bəyanatına cavab olaraq Birləşmiş Ştatların iqtisadiyyatına böyük töhfə verdiklərini xatırladıb. “Demək olar ki, hər bir amerikalının “Toyota” ilə bağlı xatirəsi var və biz bu gün Amerika yollarında 36 milyondan çox “Toyota” və “Lexus” avtomobillərinin hərəkət etməsindən qürur duyuruq. Fəaliyyətimiz və əməkdaşlarımız Amerikanın həyat tərzinə və iqtisadiyyatına xeyli töhfə verib. Biz milli təhlükəsizliyə təhdid deyilik”, - kompaniyanın bəyanatında belə deyilir. Korporasiya ticarət məsələlərinin qarşıdakı danışıqların gedişində həll ediləcəyinə ümidvar olduğunu da vurğulayıb. Yaponiya avtomobil sənayesinin lideri və “Toyota Group” korporasiyasının ən iri bölməsi “Toyota Motor Corporation” 1937-ci ildə qurulub. Onun mənzil qərargahı Ayti prefekturasının Toyota şəhərində yerləşir.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqında və Yaponiyada istehsal olunan avtomobillərin idxalına 25 faizlik rüsumun tətbiqini 180 gün təxirə saldığını elan edib. O, “avtomobil və bəzi ehtiyat hissələrinin idxalı ilə bağlı milli təhlükəsizliyə təhdidin aradan qaldırılması üçün” ticarət nümayəndəsi Robert Laythayzerə Avropa İttifaqı və Yaponiya ilə danışıqlar təşkil etməyi tapşırıb.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Pentaqon ABŞ qoşunlarının Əfqanıstandan tam çıxarılması planını hazırlayır
22.10.2019
YPG/PKK indi də İsraildən yardım istədi
22.10.2019
Makron Suriyada atəşkəs rejiminin saxlanmasının vacibliyini vurğulayıb
21.10.2019
“Bütün şərtlər yerinə yetiriləcəyi təqdirdə “Sülh çeşməsi” əməliyyatı tamamlanacaq“
21.10.2019
“Təhlükəsiz bölgəyə 2 milyona yaxın suriyalı qaçqının geri qayıtması planlaşdırılır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info