“DOST” mərkəzləri əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə rahat şəkildə təminatı imkanlarını artıracaq
Tarix: 18.05.2019 | Saat: 14:45:00 | E-mail | Çapa göndər


“DOST” mərkəzlərində göstəriləcək ən önəmli xidmətlərdən bir qismi əlilliyi olan şəxslərlə bağlıdır. Onların reabilitasiya vasitələri, o cümlədən protez-ortopedik məmulatlarla təminatı üçün müraciətləri də bu mərkəzlərdə qəbul olunacaq.
Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibəsində deyib. Nazir qeyd edib ki, həmin şəxslərin müxtəlif protezlərin hazırlanması üçün ölçü götürülməsindən ötəri müxtəlif ünvanlara üz tutmasına ehtiyac qalmayacaq. “DOST” mərkəzlərində həkimlər tərəfindən onların ölçüləri götürüləcək və qısa müddətdə hazırlanmaqla elə mərkəzlərdə də təqdim ediləcək. Həmçinin mərkəzlərdə onların digər ehtiyac duyduqları reabilitasiya vasitələri ilə təmin edilməsi işləri aparılacaq. Bu da əlilliyi olan şəxslər üçün ciddi dəstək olacaq.
Nazir diqqətə çatdırıb ki, hazırda 600 mindən çox əlilliyi olan şəxs var və onların bir çoxu regionlarda yaşayır. Bölgələri də əhatə edəcək “DOST” mərkəzləri şəbəkəsi imkan verəcək ki, həmin şəxslər Bakıya gəlmədən öz regionlarında bu xidmətlərdən rahat şəkildə istifadə edə bilsinlər. Onlar maşın, mənzil növbəsində olduqları halda bu barədə də mərkəzlərdə məlumat ala biləcəklər.
S.Babayev bildirib ki, ilk “DOST” mərkəzinin binası özü əlilliyi olan şəxslər üçün tam funksionaldır.




 
Bölməyə aid digər xəbərlər
15.06.2019
İnstitut işçi axtarır
15.06.2019
Müstəqil sosial müdafiə sisteminin qurucusu
14.06.2019
Bank Hüquq şöbəsinin rəhbəri vəzifəsinə işçi axtarır
14.06.2019
Bankda işləmək istəyənlərin nəzərinə!
14.06.2019
Milli Qurtuluş Günü ərəfəsində Qarabağ müharibəsi əlillərinə bayram hədiyyəsi: avtomobil təqdim edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info