İbrahimoviç iki oyunluq diskvalifikasiya olunub
Tarix: 18.05.2019 | Saat: 14:37:00 | E-mail | Çapa göndər


Şimali Amerika Baş Futbol Liqasının (MLS) “Los-Anceles Qalaksi” klubunun isveçli hücumçusu Zlatan İbrahimoviç “Nyu-York Siti” komandasının qapıçısı Şon Consonun boynundan tutduğuna görə iki oyunluq diskvalifikasiya olunub. “Los-Anceles Qalaksi” mayın 11-də öz meydanında “Nyu-York Siti” komandasına qarşı keçirilən oyunda 0:2 hesabı ilə məğlub olub. Oyunun 86-cı dəqiqəsində top İbrahimoviçin zərbəsindən sonra qapı çatına dəyərək meydanın hüdudlarından kənara çıxıb. Bundan sonra İbrahimoviç dönərək Consonun boynundan yapışıb və hər iki oyunçu qazonun üstünə yıxılıb. Qapıçı bir neçə dəqiqə əli ilə üzünü tutmuş vəziyyətdə yerdə qalıb.
Daha əvvəl İbrahimoviç müntəzəm çempionatda “Kolambus Kryu” ilə qarşılaşmasında (1:3) simulyasiyaya görə cərimə alıb. İsveçli “Kolambus”un qolkiperi Zak Stefanla toqquşaraq yerə yıxılıb və hakimdən penalti təyin olunmasını tələb edib. Liqanın intizam komitəsi həmin epizodda qapıçının topla oynadığını müəyyənləşdirib və İbrahimoviçi cərimələndirmək qərarını qəbul edib. Cərimənin məbləği barədə məlumat verilməyib. “Los-Anceles Qalaksi” 12 oyundan sonra 22 xal toplayaraq Qərb konfransının turnir cədvəlində üçüncü yeri tutur. 11 oyundan sonra aktivində 18 xal olan “Nyu-York” komandası isə Şərq konfransında beşinci yerdədir. Los-Ancelesdən olan klub növbəti iki oyununu “Kolorado” (mayın 20-də) və “Orlando”ya (mayın 25-də) qarşı keçirəcək.
İbrahimoviç MLS-nin cari mövsümündə keçirdiyi 10 matçda 9 qol vurub və 2 məhsuldar ötürmə edib.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
20-ci saniyədə qırmızı vərəqə aldı
22.10.2019
“Real“da həmişəlik qalmaq istəyirəm“
21.10.2019
Azərbaycan triatlonçusu Avropa kuboku finalında qızıl medal qazanıb
21.10.2019
Azərbaycan Premyer Liqasının səkkizinci turuna yekun vurulub
20.10.2019
Anna Başta “Satellite” turnirində qızıl medal qazandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info