Sumqayıt Dövlət Universitetində mindən çox tələbə təqaüd alır
Tarix: 18.05.2019 | Saat: 15:42:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2019-cu il 14 fevral tarixli Sərəncamına əsasən Sumqayıt Dövlət Universitetinə (SDU) ayrılmış kvotaya uyğun olaraq, 560 tələbə orta hesabla 100 manat təqaüd alacaq.
Bununla yanaşı, Sumqayıt şəhərində aztəminatlı ailələrdən olan və semestr imtahanlarını müvəffəqiyyətlə verən 30 tələbəyə şəhər bələdiyyəsinin təsis etdiyi “Bələdiyyə” təqaüdü veriləcək. Ümumiyyətlə, SDU-da təqaüd alan tələbələrin sayı 1000 nəfərdən çoxdur. Hər iki valideynini itirmiş tələbələr isə ikiqat təqaüd alır.
Qeyd edək ki, 2016-cı ildə qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, təqaüdlərin ödənilməsi yalnız dövlət sifarişi əsasında təhsil alan tələbələrə deyil, eyni zamanda, ümumi orta müvəffəqiyyət göstəricisi və fənlər üzrə akademik nailiyyətləri nəzərə alınmaqla ödənişli əsaslarla təhsil alan tələbələrə də şamil edilib. Təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019-2020-ci tədris ilində 45 faizə, 2020-2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulur. Bütün bunlar dövlətimizin başçısının elmə, təhsilə və gənclərə göstərdiyi növbəti diqqət və qayğısının bariz nümunəsidir.




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
ADU-da Yapon dili Natiqlik Müsabiqəsi keçirilib (FOTO)
25.06.2019
UNEC-də vahid tələbə kartı tətbiq olunacaq
25.06.2019
İlahiyyat İnstitutu virtual sorğunun qalibi oldu
25.06.2019
Liseylərə qəbul üzrə müsabiqə keçirilib
24.06.2019
İyunun 30-da dövlət qulluğuna qəbulla bağlı test imtahanı keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info