Sevinc Fətəliyeva: Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsi Avropa İttifaqı üçün xüsusi əhəmiyyət daşıyır
Tarix: 18.05.2019 | Saat: 19:51:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belçikaya səfəri çərçivəsində Avropa İttifaqının rəsmiləri ilə keçirilən görüşlər tərəflər arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir. Səfər zamanı Prezident İlham Əliyevin Belçikalıların Kralı Əlahəzrət Filip ilə görüşündə Azərbaycan-Belçika ikitərəfli münasibətləri, regiondakı vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib. Eyni zamanda, dövlətimizin başçısının Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşündə də ikitərəfli münasibətlərin inkişafı diqqət mərkəzində olub.
Bu fikirləri AZƏRTAC-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, Azərbaycan öz milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir. Öz növbəsində, Avropa İttifaqı da ölkəmizlə münasibətlərin inkişafında maraqlı tərəf kimi çıxış edir. Bu gün Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən önəmli dividendlər vəd edir.
Deputat qeyd edib ki, Donald Tusk görüş zamanı ölkəmizin Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaş olduğunu qeyd edib və Azərbaycanın regiondakı rolunun Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Eyni zamanda, Azərbaycan Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində də Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir. Səfər zamanı Prezident İlham Əliyev də Azərbaycanın Şərq Tərəfdaşlığı Proqramında iştirak edən fəal ölkələrdən biri olduğunu vurğulayıb. Dövlətimizin başçısı keçirilən bütün görüşlərdə, o cümlədən Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun adından Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə verilən şam yeməyində çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti haqqında məlumat verib. Prezident İlham Əliyev xatırladıb ki, ötən il Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub. Bu sənədin birinci bəndində qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Mühüm məqam odur ki, sənəddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur. Bütövlükdə, Prezident İlham Əliyevin Brüsselə səfəri böyük əhəmiyyət kəsb edir. “Çox təəssüf ki, Azərbaycanın uğurlu inkişafı, beynəlxalq nüfuzunun artması və digər müsbət reallıqlar anti-Azərbaycan dairələr tərəfindən narahatlıqla qarşılanır. Bunu onların mənasız açıqlamalarında, eyni zamanda, ölkəmizdən kənarda yaşayan bəzi ünsürlərin davranışlarında da hiss etmək olur. Azərbaycanla bağlı “qara piar” kampaniyası ölkəmizin nüfuzuna kölgə salmağa hesablanmış, sifarişlər hesabına atılan addımlardır. Həmin qərəzli dairələr öz məhdud maraqları naminə ölkəmizin daxili və xarici siyasət kursuna müdaxilə etməyə, bunun üçün də Azərbaycana qarşı təzyiq mexanizmini işə salmağa çalışırlar. Azərbaycana qarşı təzyiq kampaniyasının tərkib hissəsi olan bu cür addımların sonu fiaskodur. Çünki yüksək beynəlxalq nüfuza və dayanıqlı inkişafa malik olan Azərbaycan öz prinsipial mövqeyindən və müstəqil siyasətindən geri çəkilmək niyyətində deyil. Bu cür vasitələrlə ölkəmizdə ictimai rəyə təsir etmək və Azərbaycanın müsbət beynəlxalq imicinə kölgə salmaq mümkün deyil”, - deyə S.Fətəliyeva qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
12.10.2019
Prezident İlham Əliyev öz çıxışı ilə Ermənistanın baş nazirini yerində oturtdu
12.10.2019
Prezident İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib - YENİLƏNİB-2
11.10.2019
Türkiyənin həyata keçirdiyi əməliyyat mövcud problemin ən rasional həlli variantıdır
11.10.2019
Leyla Abdullayeva Ermənistan xarici işlər nazirinin müavininə cavab verib
11.10.2019
SAXTA ETİRAZÇILAR: Rüşvətə görə işdən qovulan şəxs korrupsiyaya etiraz edir...

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10913

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
4 Ankarada “Buta Bakı“
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info