Moody`s: Davam edən islahatlar Azərbaycanın xalis kredit mövqelərini daha da gücləndirəcək
Tarix: 18.05.2019 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


Davam edən vergi islahatları Azərbaycanın xalis kredit mövqelərini daha da gücləndirəcək. Trend-in məlumatına görə, bu barədə "Moody`s Investors Service"in Azərbaycan iqtisadiyyatının hazırkı vəziyyəti barədə hesabatında deyilir.
Bu cür islahatlar arasında agentlik yeni büdcə qaydasını və dövlət borcunun idarə olunması ilə bağlı strategiyanı qeyd edib. Hesabatda qeyd olunur ki, yeni büdcə qaydası səmərəli tətbiq olunarsa, ölkənin iqtisadi sabitliyini dəstəkləyəcək. Bununla belə, iqtisadi səmərə biznes və istehlakçıların vergi siyasətinə etimadı artdıqca tədricən hiss olunacaq.
Bildirilir ki, Azərbaycanın suveren kredit portfeli artan aktivlərlə də dəstəklənir. Belə ki, 2019-cu ilin aprelin 1-dək Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) aktivləri 40,3 milyard dollar təşkil edib. Bu isə 2017-ci ilin dekabrından 12,5 faiz çoxdur və 2018-ci ilin sonunda birbaşa dövlət borcları və təminatları 1,7 dəfə üstələyir.
Analoji reytinqə malik digər karbohidrogen istehsalçıları ilə müqayisədə Azərbaycan xalis suveren aktivlərinin daha böyük həcminə malikdir. Hesabatda vurğulanır ki, bu rəqəm ÜDM-in 53 faizinə bərabərdir.
İslahatları qeyd edən agentlik, həmçinin 2016-cı ilin dekabrında qəbul olunan strateji yol xəritələrini xatırladıb. Analitiklərin fikrincə, yol xəritələrinin əhatə etdiyi istiqamətlər arasında ən böyük şaxələndirmə potensialına turizm, nəqliyyat və logistika sahələri malikdir.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Azərbaycana yeni zubrlar gətiriləcək
22.10.2019
Azərbaycandakı sabitliyin qiyməti yoxdur
21.10.2019
Bakı Metropoliteni daha 60 yeni nəsil vaqonları alacaq
21.10.2019
“Gənc kadrlara yer vermək üçün hesab edirəm ki, siz yaxşı nümunə göstərirsiniz”
21.10.2019
Prezident H.Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info