“Exxon Mobil” İraqın şərqindən əməkdaşlarını təxliyə etməyə başlayıb
Tarix: 18.05.2019 | Saat: 20:45:00 | E-mail | Çapa göndər


Amerikanın “Exxon Mobil” kompaniyası İraqın şərqində yerləşən Bəsrə əyalətindəki neft mədənlərində çalışan əməkdaşlarının təxliyəsinə başlayıb.
Associated Press agentliyi xəbər verir ki, təxliyə xarici ölkə vətəndaşlarına, həmçinin ikili vətəndaşlığı olan iraqlılara aiddir. Əməliyyatının iki gün əvvəl başladığı bildirilir. Bəsrədən çıxarılan insanların dəqiq sayı barədə məlumat verilmir.
Kompaniya vəziyyətlə bağlı şərh verməkdən yayınıb. Təxliyə barədə qərar İranla ABŞ arasında gərginliyin artması fonunda qəbul olunub.
Bir qədər əvvəl Amerika hakimiyyəti yaranmış vəziyyətdə Fars körfəzi rayonunda uçan sərnişin təyyarələrinin səhvən düşmən təyyarəsi kimi tanınma riski barədə xəbərdarlıq edib. Mayın 16-da isə ABŞ Dövlət Departamenti İraq üçün ən yüksək – dördüncü təhlükə səviyyəsi müəyyən edib və öz vətəndaşlarını terror, insan oğurluğu və silahlı münaqişə riski səbəbindən bu ölkəyə getməməyə çağırıb.




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Ərdoğan səlahiyyətlərini təhvil verdi
26.06.2019
ABŞ-da Demokrat Partiyasından prezidentliyə namizəd olan siyasətçilərin ilk teledebatları keçiriləcək
26.06.2019
Böyük Britaniya F35 döyüş təyyarələrini ilk dəfə sınaqdan keçirib
26.06.2019
Silahlılar Suriyada 12 yaşayış məntəqəsini atəşə tutublar
26.06.2019
Venesuelalıların Avropa ölkələrinə sığınacaq müraciətləri artdı

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info