“Telefon söhbətlərinin yayılması “Şərq tərəfdaşlığı”na qarşı hücumdur”
Tarix: 03.08.2013 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


Litva parlamentinin Milli təhlükəsizlik və müdafiə komitəsinin sədri Arturas Paulauskasın fikrincə, litvalı diplomatların telefon söhbətlərinin yazılması və dərc edilməsi Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının həyata keçirilməsi üçün Litvanın səylərinə qarşı hücumların, çox güman ki, sonuncusu olmayacaq.
Onun sözlərinə görə, Litva Avropa İttifaqı Nazirlər Şurasında sədrliyi qəbul etməzdən əvvəl gözlənilirdi ki, kibernetik və digər hücumlardan yaxa qurtarmaq mümkün olmayacaq. Belə təhdidlərin mövcud olması Dövlət Təhlükəsizlik Departamentinin hesabatında da qeyd edilir. A.Paulauskas qeyd edib ki, litvalı diplomatların telefon söhbətləri ilə bağlı yazıların internetdə dərc edilməsi Avropa İttifaqının və onun bu blokdan Şərqdə yerləşən dövlətlərlə əlaqələrinin genişlənməsində marağı olmayan müəyyən qüvvələrin hücumudur. Komitə rəhbəri deyib: “Aydın məsələdir ki, müəyyən qüvvələr “Şərq tərəfdaşlığı” proqramının gerçəkləşməsini, Avropa İttifaqının genişlənməsini, Şərqin Aİ ilə ünsiyyətini, onların əlaqələrinin daha möhkəm olmasını istəmirlər və bu da aşkardır ki, belə hücumlar və ya təhrikçilik sonuncu deyil”. Parlament təmsilçisi diplomatlara məsləhət görüb ki, onlar telefon söhbətlərinin təhlükəsiz olmadığını unutmasınlar.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Paşinyanın inqilabdan sonra Qərbdən maliyyənin sel kimi axacağı xəyalı puç oldu
22.01.2019
Ermənistanda bir ildə korrupsiya ilə bağlı 8 mindən çox fakt qeydə alınıb
21.01.2019
Ərdoğan Tramp və Putinlə razılaşmağa çalışır
21.01.2019
Ukraynada yaşayan azərbaycanlının prezidentliyə namizədliyi qeydə alınıb
21.01.2019
Ermənistana yatırılan sərmayə 11 dəfə azalıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Dərslər təxirə salındı
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info