İsrail idmançısı: Milli Gimnastika Arenasının zalı əladır
Tarix: 18.05.2019 | Saat: 21:12:00 | E-mail | Çapa göndər


Yarışların təşkili çox xoşuma gəlir, zal əladır, fikrimcə, Bakıda Dünya Çempionatı da gözəl keçəcək. Bu barədə Trend-ə İsrail gimnastı Nikol Zelikman deyib. N.Zelikmanın sözlərinə görə, bu gün yarışlarda sakit və daha az emosiya ilə çıxış edib: "Daha səliqəli olmağa qərar verdim ki, hərəkətləri "təmiz" yerinə yetirim". Gimnast əlavə edib ki, Milli Gimnastika Arenasının tamaşaçıları əladır: "Auditoriya hamını aktiv şəkildə dəstəkləyir, bu da idmançılara daha yaxşı çıxış etməkdə yardım edir. İsraildən nüməyəndələrin olması xoşdur". İsrail təmsilçisinin sözlərinə görə, valideynləri bakılıdır: "2014-cü ildə Bakıda olmuşam, valideynlərim mənə ekskursiya təşkil etdilər, bütün şəhərlə - yaşadıqları yer, gözəl məkanlarla məni tanış etdilər".
Qeyd edək ki, Bakıda 16-19 may tarixlərində keçirilən bədii gimnastika üzrə Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.
Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.
Yarışda ölkəmizi fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, qrup hərəkətləri üzrə Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Mini futbol üzrə yarışlar başa çatdı
24.06.2019
“Ramal Aslanov sırf Azərbaycan kikboksinq məktəbinin yetirməsidir”
24.06.2019
Sərbəst güləş üzrə yığmamız Avropa ikincisi olub
24.06.2019
Sabir Cəfərov erməniyə qalib gələrək çempion olub
23.06.2019
Lüis Hemilton mövsümün 8-ci Qran-Prisinin qalibi olub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info