“Trabzonspor” komandası “Beşiktaş”ı məğlub edib
Tarix: 18.05.2019 | Saat: 22:53:00 | E-mail | Çapa göndər


Mayın 18-də futbol üzrə Türkiyə Superliqasının XXXIII turunda turnir cədvəlinin dördüncü pilləsində yer alan “Trabzonspor” komandası üçüncü sıradakı “Beşiktaş”la qarşılaşıb. Çempionluq uğrunda mübarizə aparan komandaların qarşılaşmasında “Trabzonspor” rəqibini 2:1 hesabı ilə məğlub edib.
Oyunda hesabı 53-cü dəqiqədə Filip Novakın baş zərbəsi ilə vurduğu qolla meydan sahibləri açıblar. 74-cü dəqiqədə isə beşiktaşlı Şhinji Kaqava topu rəqib qapısından keçirib - 1:1. Hücumlarını çoxaldan “Trabzonspor” bundan üç dəqiqə sonra hesab arasındakı fərqi artırıb. Yusuf Yazıcı komandasının qələbə topunu vurub – 2:1.
Beləliklə, bu oyundan sonra xallarının sayını 60-a çatdıran baş məşqçi Ünal Karamanın yetirmələri Türkiyə çempionatında dördüncü sıradakı mövqelərini möhkəmləndiriblər. İki komanda əvvəllər 128 dəfə qarşılaşıb. Bunlardan 53-də “Beşiktaş”, 43-də “Trabzonspor” qalib ayrılan tərəf olub. 31 matç heç-heçə başa çatıb.
Turun digər oyununda “Antalyaspor” komandası “Yeni Malatyaspor”a 3:0 hesabı ilə qalib gəlib.
Hazırda turnir cədvəlində “Qalatasaray” və “Başakşəhər” 66 xalla birinci-ikinci yerləri bölüşürlər. 33-cü tur çərçivəsində mayın 19-da İstanbul derbisində “Qalatasaray” “Başakşəhər”i qəbul edəcək.




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Mini futbol üzrə yarışlar başa çatdı
24.06.2019
“Ramal Aslanov sırf Azərbaycan kikboksinq məktəbinin yetirməsidir”
24.06.2019
Sərbəst güləş üzrə yığmamız Avropa ikincisi olub
24.06.2019
Sabir Cəfərov erməniyə qalib gələrək çempion olub
23.06.2019
Lüis Hemilton mövsümün 8-ci Qran-Prisinin qalibi olub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info