Yeniyetmələrdən ibarət taekvondo üzrə millimiz Türkiyədə birinci olub
Tarix: 19.05.2019 | Saat: 11:50:00 | E-mail | Çapa göndər


Azərbaycanın yeniyetmələrdən ibarət taekvondo üzrə milli komandası Türkiyənin Ordu şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış edib.
Atatürkün anım günü, gənclik və idman bayramı münasibətilə yeniyetmələr arasında təşkil edilən yarışda Azərbaycan 17 taekvondoçu ilə təmsil olunub və komandamızın bütün üzvləri medal qazanıblar. Mayın 17-də start götürən yarışın ilk günündə komandamız aktivinə 10 medal əlavə edib. Belə ki, Şamil Mirzəyev (33 kq), Nihat Məmmədzadə (37 kq), Kənan Əmiraslanov (45 kq), Nizamı Hacıyev (53 kq), Zemfira Həsənzadə (29 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Vaqif Hacıyev (45 kq), Nəzirə Ölməz (47 kq) gümüş medala sahib olub. İbrahim Əlizadə (61 kq), Vüsal Məmmədov (61 kq), Şəbnəm Novruzova (37 kq) isə yarışı bürünc mükafatla başa vurub.
Mayın 18-də yarışların sonuncu günündə də millinin üzvləri uğura imza atıblar. Mükafatçılar sırasında yer alan taekvondoçulardan Pünhan Mürsəlov (41 kq), Fərid Əliyev (49 kq), Asim Əlimov (65 kq-dan yuxarı), Səmmərux Osmanova (51 kq) qızıl, Səriyyə Bağırova (51 kq) gümüş medala yiyələnib. Fazil Hüseynov (57 kq) isə turnirdə bürünc medalla kifayətlənib. Azərbaycanın yeniyetmələrdən ibarət millisi komanda hesabında oğlanlar arasında birinci, qızlar arasında ikinci yerə layiq görülüb, ümumi medal sayına görə birinci pilləyə qalxıb.
Türkiyə, Suriya və Azərbaycan idmançılarının qatıldığı turnirdə ümumilikdə 300 taekvondoçu mübarizə aparıb.




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Cüdoçumuz açıq Avropa kubokundan bürünc medal qazanıb
13.10.2019
“Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
13.10.2019
Təmiz qolumuz qeydə alınmadı
13.10.2019
İdman gimnastlarımız növbəti Olimpiya lisenziyasına sahibləndilər
13.10.2019
Bədii gimnastika üzrə bölgələrarası kubokunun qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10913

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
4 Ankarada “Buta Bakı“
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info