Şimal bölgəsinin 1500-ə yaxın məzunu biliyini Xaçmaz şəhərində yaradılan imtahan mərkəzlərində sınayıb
Tarix: 19.05.2019 | Saat: 14:59:00 | E-mail | Çapa göndər


Mayın 19-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında iştirak edən şimal bölgəsinin məzunları Xaçmaz şəhərində biliklərini sınayıblar. Bu bölgədən olan, 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən 1476 məzun üç mərkəzdə - akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-lisey, şəhər 9 nömrəli və Əzizəddin Tahirov adına Köhnə Xaçmaz tam orta məktəblərində imtahan veriblər.
İmtahanda abituriyentlərə bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə II qrupda riyaziyyat, coğrafiya və tarix fənləri, III qrupda isə Azərbaycan dili, ədəbiyyat və tarix fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilib. DİM-in Xaçmaz regional bölməsinin müdiri Faiq Buzurki bildirib ki, imtahanlara 137 nəzarətçi müəllim, o cümlədən 11 imtahan rəhbəri cəlb olunub. İmtahan mərkəzlərində şagirdlərin sərbəst şəkildə biliklərini nümayiş etdirmələri üçün hər cür şərait yaradılıb. İmtahan saat 11:00-da başlayıb və 3 saat davam edib. Proses zamanı hər hansı ciddi qayda pozuntusu qeydə alınmayıb. İmtahandan dərhal sonra – saat 16.00-da DİM-in “YouTube” kanalı və “Facebook” səhifəsi vasitəsi ilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.
İmtahan Xaçmazla yanaşı, respublikanın daha 10 şəhər və rayonunda, ümumilikdə, 66 binada aparılıb.




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Doqquzuncu sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsi başa çatıb
16.06.2019
Bu gün 32 mindən çox şagird buraxılış imtahanı verəcək
16.06.2019
Peşəyönümlü siniflərin yaradılması üçün hazırlıq işləri görülür
14.06.2019
Azərbaycanın tarixi yaşının 2 milyon il olduğu sübut olundu
14.06.2019
Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info