Ötən ay İraqda 928 mülki şəxs həlak olub
Tarix: 03.08.2013 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


BMT İraqda mülki əhali arasında həlak olanların sayının artmasından ciddi narahatlıq bildirir. BMT-nin mətbuat xidmətinin məlumatına görə, bu ilin iyul ayı İraqda qanlı ay olub.
Terror və zorakılıq aktları nəticəsində ötən ay 928 mülki şəxs həlak olub, 2109 nəfər isə yaralanıb. BMT-nin İraqdakı missiyası və BMT-nin İnsan haqları üzrə idarəsinin yaydığı hesabatda deyilir ki, ümumilikdə iyul ayı ərzində 1057 nəfər həlak olub və 2326 nəfər yaralanıb. BMT baş katibinin İraqdakı xüsusi nümayəndəsi Corc Bustinin sözlərinə görə, son beş ildə bu, həlak olanların sayında ən yüksək göstəricidir. C.Bustin İraqın bütün siyasi liderlərini qarşıdurmanı dayandırmağa və ölkənin qaranlıq keçmişə qayıtmasının qarşısını almağa çağırıb. C.Bustin qeyd edib ki, bu ilin əvvəlindən İraqda 4137 mülki şəxs həlak olub, 9865 nəfər isə yaralanıb. İraqlıların çoxu paytaxt Bağdadda həlak olub.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info