“Alyans” “viki”çiləri təltif etdi
Tarix: 20.05.2019 | Saat: 12:47:00 | E-mail | Çapa göndər


"Alyans" Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyi Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzinin əməkdaşları “Fəxri Fərman”la təltif edib.
Mərkəzin könüllüləri tərəfindən Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 100-cü ildönümü ilə bağlı “Vikipediya”da Cümhuriyyət zamanında kəşfiyyat və əks-kəşfiyyat bölməsində, müasir dövrdə isə Azərbaycanın xüsusi xidmət orqanlarında, dövlətçilik tariximizdə ləyaqətlə xidmət edən insanlar haqqında məqalələr yaradılıb. “Fəxri Fərman”ı “Alyans” rəhbərliyi adından “Trend” İnformasiya Agentliyinin direktor müavini, "Alyans" Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyi üzvü, tanınmış politoloq Arzu Nağıyev təqdim edib.
Arzu Nağıyev çıxışında “viki”çiləri gördükləri fəaliyyətlərinin əhəmiyyətini vurğulayaraq təbrik edib və onlara uğurlar arzulayıb.
“Alyans”ın rəhbəri istefada olan polkovnik Şamil Süleymanov sizlərin fəaliyyətini təqdir edərək, mərkəzin könüllülərini “fəxri fərman”la təltif edib.
Ümumiyyətlə, Azərbaycan tarixi, mədəniyyəti və s. mövzularla bağlı böyük işlər görürsünüz. Milli yaddaşımızın zənginləşməsində mərkəzin fəaliyyət əvəzsizdir", - deyə Arzu Nağıyev əlavə edib. AMEA MEK-in direktor müavini Elnur Eltürk kitabxananın rəhbərliyi adından “Alyans”ın rəhbərliyinə və üzvlərinə öz təşəkkürünü çatdırıb.




 
Bölməyə aid digər xəbərlər
27.06.2019
Meksikada Azərbaycanın mədəniyyəti və milli mətbəxi təqdim olunub
26.06.2019
“Rossiyskaya qazeta” rusiyalı turistləri Azərbaycana dəvət edir
26.06.2019
“Danışır Xocalı” sənədli filminə ictimai baxış keçirilib
25.06.2019
“Narkomaniyaya qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib
25.06.2019
Şirməmməd Ağaməmməd oğlu Hüseynov

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10817

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


27.06 01:11 Psixi sağlamlıq uğrunda mübarizə ortaq məsuliyyətimizdir. Vətəndaş cəmiyyətini müdafiə edəcək, insan hüquqlarının universallığı və qanunu uğrunda mübarizə aparacaq güclü bir Avropaya ehtiyacımız var. Psixi xəstələrin adekvat müalicəsi təmin olunmalıdır. Azərbaycanda insan hüquqlarına əsaslanan yanaşmanın təmin edilməsi üçün əlimizdən gələni edirik. Məqsədimiz irəliyə doğru getmək, hüquqlara riayət edilməsini təmin etməkdir. AZƏRTAC xəbər verir ki, bu fikirləri “Psixi sağlamlıqla bağlı məcburiyyətlərə son qoymaq: insan hüquqlarına əsaslanan yanaşmaya zərurət” adlı məruzənin müzakirələri zamanı AŞPA-dakı nümayəndə heyətimizin üzvü Naqif Həmzəyev deyib. O, Birləşmiş Millətlər Təşkilatının (BMT) Əlillərin hüquqlarının müdafiəsi üzrə Konvensiyasına uyğun olaraq psixi xəstələrin hüquqlarına riayət edilməsi zərurətinə toxunub. Dinindən, sosial vəziyyətindən asılı olmayaraq hər kəsin bərabər olduğunu qeyd edib. Buna görə də hər bir insanın, uşaq və qadınların bərabərliyi üçün mübarizə aparmağın vacibliyini söyləyib.
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info