Azərbaycan SPBIF-da öz fəaliyyətini genişləndirəcək
Tarix: 20.05.2019 | Saat: 15:11:00 | E-mail | Çapa göndər


“Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPBIF) dünyanın aparıcı iqtisadi qurumları arasında dialoqun əsas platformalarından birinə çevrilib. Ötən il forumda 143 ölkədən 17 min nümayəndə iştirak etdi və əsas proqram çərçivəsində 150-dən çox biznes fəaliyyəti baş tutdu. Nəticələr göz qabağındadır: SPBİF-da ümumi məbləği 2,625 trilyon rubl olan 593 müqavilə imzalanıb”. Bu fikri "Biznes-Dialoq Media" nəşriyyat və kommunikasiya qrupunun baş direktorunun Azərbaycan üzrə müşaviri Səadət Qarayeva SPBİF-ın perispektivləri haqda danışarkən bildirib.
Səadət Qarayeva 2019-cu ilin iyun ayında keçiriləcək SPBİF-da sahələrində Azərbaycan nümayəndə heyətinə uğurlar arzulayır. Onun fikrincə, forumda nümayəndə heyətinin iştirakı ölkənin iqtisadiyyatına böyük fayda gətirəcəkdir. "2019-cu ildə Azərbaycanın iştirakı Rusiya ilə iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün əlavə imkanlar yaradacağına ümid edirik", - o deyib.
Səadət Qarayeva, həmçinin qeyd edib ki, Amerika Birləşmiş Ştatları və Avropanın sanksiyalarının şərtlərinə baxmayaraq, forum ildən-ilə güclənir: "Sanksiyalar bir siyasətdir, forum isə iqtisadiyyatın inkişafı və əməkdaşlığı inkişaf etdirmək üçün yollar axtarmağa imkan verir. Bu elə bir geniş və potensiallı platformadır ki, gələcəkdə bundan daha çox faydalanmaq olar, daha fəal iştirak etmək olar. Bununla da daha yeni əlaqələr və iqtisadi layihələrin əsasını qoymaq olar. Burada iqtisadi meydanlar, panellər var. Hər panel üçün mütəxəssislər göndərmək olar və konkret sahələri müzakirə etmək mümkündür. Foruma Rusiyada son nailiyyətləri olan qabaqcıl insanları cəlb etmək olar”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib
14.10.2019
“Azərxalça”nın Ağdam filialında “Qarabağ da, Qarabağ xalçası da Azərbaycanındır” mövzusunda tədbir keçirilib
14.10.2019
DİN post-patrul xidmətinə qəbulla əlaqədar müsabiqə elan edir
14.10.2019
İki Milli Qəhrəmanın anım günü qeyd olunub
14.10.2019
Quba ASAN Xidmətində sosial sahibkarliq proqraminin təqdimati keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info