Sosial proqramların uğuru və ildən-ilə genişlənməsi bəzi dairələrdə dərin narahatlıq hissi yaradıb
Tarix: 20.05.2019 | Saat: 15:14:00 | E-mail | Çapa göndər


Ölkəmizdəki hərtərəfli inkişafa, sosial sahədə aparılan çoxşaxəli islahatlara, 3 milyondan çox Azərbaycan vətəndaşının rifahının daha da artırılmasını təmin edən inqilabi sosial paketin qəbul edilməsinə qarşı qarayaxma, böhtan kampaniyası aparan və bunu sosial şəbəkələrə ötürən bəzi qurumlar indi də özünüməşğulluq proqramını, şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı tədbirlərini hədəf seçiblər.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildiriblər. Məlumatda deyilir ki, ötən həftə özünüməşğulluq proqramının dünyanın 156 dövlətinin sosial müdafiə qurumunu birləşdirən Beynəlxalq Sosial Təminat Assosasiyasının “Good Practice Award for Europe 2019” xüsusi mükafatına layiq görülməsi, proqramın təkcə ötən il 6 dəfə genişlənməsi, onun icrasına BMT İnkişaf Proqramının və Dünya Bankının qoşulması bu dairələrin dərin narahatlığına səbəb olub. Nəticədə özünüməşğulluq proqramını gözdən salmaq, ləkələmək üçün yalan və bohtan dolu yazı ortaya atılıb.
Eyni zamanda, dövlətin birbaşa qayğısı və dəstəyinin bariz nümunəsi olan və uğurla həyata keçirilən şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlərlə təminatı proqramının genişlənərək böyük rəğbət qazanması, ötən il nəzərdə tutulduğundan 3 dəfə artıq olmaqla 626, bu il üçün 800-dən artıq bu kateqoriyadan olan vətəndaşlarımızın mənzillə təchiz edilməsi tədbirləri də hədəfə gətirilmək istənir.
Dəfələrlə kütləvi informasiya vasitələrinə açıqlandığı kimi özünüməşğulluq proqramı iştirakçılarının aktivlərlə təmin olunması üçün şirkətlərin müəyyən olunması “Dövlət satınalmaları haqqında” Qanuna uyğun şəkildə icra olunub. Müvafiq şirkətlər konsorsiumu ilə müqavilələr bağlanılıb, proqram üzrə aktivlərin təminatı həyata keçirilib. Proqramın icrası üzrə ötən il üçün ayrılan vəsaitdən qanunvericiliyə uyğun olaraq büdcəyə 3,2 milyon manat məbləğində vergilər ödənilib.
Şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlərlə təminatı proqramı da “Dövlət satınalmaları haqqında” Qanuna tam uyğun şəkildə həyata keçirilib, satınalmalar çərçivəsində 5 təchizatçı ilə 28,6 milyon manat dəyərində müqavilələr imzalanıb və qanunvericiləyə uyğun şəkildə notarial orqanlar vasitəsilə alqı-satqı aparılaraq cəmi 4 milyon manat vergilər dövlət büdcəsinə ödənilib.
Yazıda qeyd edilən digər məsələlər kimi özünüməşğulluq proqramına ayrılan vəsaitin dövlətdən gizlədildiyi və mənimsənildiyi kimi əsassız fikirlər də növbəti iftiralardır. Təkcə ötən il proqrama cəlb olunanların sayı 6 dəfə artıb, 7267 nəfər təlimləri uğurla başa vurub, onlardan 6018 şəxs aktivlərlə təmin edilib, vəsaitin xərclənməsində şəffaflıq təmin edilərək xidmət və istehsalat sahəsində 20, kənd təsərrüfatı sahəsində isə 14 faiz olmaqla, ümumilikdə 6,1 milyon manat qənaət əldə olunub.
Təchiz edilən iri və xırdabuynuzlu mal-qaraların keyfiyyəti ilə bağlı dəfələrlə kütləvi informasiya vasitələrinə məlumat verildiyi kimi bildiririk ki, proqram iştirakçılarına mal və materialların verilməsi prosesində həmin vətəndaşların razılığı xüsusi nəzərə alınır və aktlaşdırılaraq iştirakçının imzası ilə təsdiq edilir, habelə heyvanların sağlamlığına dair müvafiq baytar arayışı təqdim edilir. Ötən il proqram iştirakçılarına 29 min baş mal-qara verilib və təqdim edilmiş aktivlərin keyfiyyəti ilə bağlı monitorinqlər keçirlərkən, habelə vətəndaşların müraciətləri araşdırılarkən onlardan yalnız 119 heyvanın (0,4 faiz) qüsurlu olduğu müəyyən edilib və dərhal dəyişdirilib. Əlavə olaraq bildiririk ki, aktivlərin verilməsi zamanı vətəndaşın razılığı ilə bu prosesin foto və video çəkilişi də aparılır. Ucarın Qaradağlı kəndinin sakini Oruc Orucovla bağlı verilən məlumata gəlincə, həmin şəxs 5 ay öncə proqram əsasında 21 baş xırda buynuzlu heyvanla təmin olunub, razılığını aktı imzalamaqla təsdiq edib. Bu zaman xüsusi məmnunluq və minnətdarlıq ifadə etməsi onun öz razılığı ilə aparılmış videoçəkilişdə də əksini tapıb. Bu günlərdə O.Orucovun təsərrüfatının növbəti monitorinqi aparılıb və ona verilmiş 21 baş qoyunun sayının 5 ay ərzində 30-a çatdığı müəyyən edilib. O.Orucov özü də dövlətin bu dəstəyindən razılığını, təsərrüfatında işlərinin normal qaydada getdiyini, mal-qarasında gözlənildiyi qədər artımın olduğunu bildirib. Belə olan təqdirdə, O.Orucovun və onun kimi minlərlə vətəndaşın ailəsinin rifahına dəstək olan mühüm bir sosial proqram barədə əsassız yazı ilə ölkəmizin hər uğurunu aşağılamaq cəhdi qəbuledilməzdir. Özünüməşğulluq proqramı artıq özünü uğurla təsdiq edən, ölkəmizdə minlərlə aztəminatlı ailənin dövlət dəstəyi nəticəsində fərdi təsərrüfatlara sahib olmaqla öz zəhmətləri hesabına ailə gəlirlərini artırmalarına və kiçik ailə biznesinə çıxış imkanı əldə etmələrinə şərait yaradan effektiv bir sosial proqram kimi həm Azərbaycan cəmiyyətinin, həm də beynəlxalq qurumların böyük rəğbətini qazanıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Türkiyənin məşhur firması Bakıda 3 yeni mağaza açacaq
21.10.2019
2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib
20.10.2019
“İlham Əliyevin tapşırığı ilə komissiya yaradılıb”
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
5 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info