“Gürcüstan hərbi sənaye sahəsində Azərbaycanın təcrübəsini qəbul etməyi planlaşdırır”
Tarix: 03.08.2013 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


“Azərbaycan, Gürcüstan və Türkiyə hərbi sənaye sahəsində üçtərəfli əməkdaşlıq formatı yaratmalıdırlar”.
Bu barədə Gürcüstanın müdafiə naziri İrakli Alasaniya "Eurasianet"ə müsahibəsində deyib. Onun sözlərinə görə, Gürcüstan hərbi sənaye sahəsində Azərbaycanın təcrübəsini qəbul etməyi planlaşdırır. Alasaniya bildirib: "İndiki mərhələdə əməkdaşlıq yalnız informasiya mübadiləsi ilə məhdudlaşır. Lakin zənnimcə, biz birgə maraqlı məsələlər üzərində işləməli olacağıq. Gürcüstan və Azərbaycan oxşar çağırışlarla üz-üzədir və ölkələrin prioritetləri də bənzərdir: biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, mövcud strateji layihələrin təhlükəsizliyini qorumalıyıq. Məhz buna görə hesab edirəm ki, müdafiə sahəsində əməkdaşlıq birgə regional layihələrin təhlükəsizliyi üçün müsbət nəticə verəcək". Nazir deyib ki, Gürcüstan birgə layihələri həyata keçirmək üçün Estoniya və Türkiyənin hərbi müəssisələri ilə danışıqlar aparacaqlar: "Bizim estoniyalı tərəfdaşlarımızla sıx əməkdaşlığımız var. İsraillə əlaqələri dərinləşdirmək niyyətindəyik".




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info