Ramin Əhmədov: ”Azərbaycanda mükəmməl sosial təminat sistemi qurulub”
Tarix: 20.05.2019 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


“Bu gün Azərbaycanda mükəmməl sosial təminat sistemi qurulub. Bilavasitə Prezident İlham Əliyevin iradəsinə söykənən bu sistemin dayanıqlığını və davamlılığını təmin edən isə sözsüz ki, dinamik inkişafda olan iqtisadiyyatdır”. Bu fikirləri Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Ramin Əhmədov bildirib. O, qeyd edib ki, ötən ilin ortalarından gözlənilirdi ki, 2019-cu ildən ölkədə islahatların yeni mərhələsi başlayacaq: “Belə də oldu və biz indi islahatların daha aktiv fazaya keçidini, 2019-cu il üçün nəzərdə tutulan sosial paket elementlərinin tədricən açıqlanması prosesini müşahidə etməkdəyik. Ölkə əhalisi də bunu hiss edir və hər kəs aydın şəkildə görür ki, dövlət başçısı həmişə olduğu kimi, bu gün də əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bütün zəruri addımları atır. Müavinətlərin artırılması ilə bağlı son məlum sərəncam da göstərdi ki, Azərbaycanda sosial məsələlərin həlli yönündə həyata keçirən siyasət mövsümi mahiyətdə deyil, davamlı və prinsipial xarakter daşıyır. Biz cəmiyyət içində oluruq, sıravi vətəndaşlarla söhbət aparırıq və əminliklə deyə bilərik ki, sosial sahədə aparılan islahatlar, sosial təminat sahəsinin daha gücləndirilməsi və ölkədə yaşayış səviyyəsinin yüksəldilməsi istiqmətində görülən işlər cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. İnsanlar görür ki, dövlət həmişə onların yanındadır. Bunun da nəticəsidir ki, dövlət-xalq birliyi günü-gündən möhkəmlənir, Prezident İlham Əliyevin Azərbaycanı daha böyük uğurlara aparacağına olan inam daha da güclənir”.




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Dünya Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi mövzusunda səssizdir
14.10.2019
“Özbəkistanın Türk Şurasında iştirakı təşkilatı daha da gücləndirəcək“
14.10.2019
Mehriban Əliyeva: Böyük alim Vasim Məmmədəliyevin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq
14.10.2019
Ərdoğan: Türkiyə Suriyanın ərazi bütövlüyünün qorunmasının tərəfdarıdır
13.10.2019
Məşhur terrorçuların qəhrəmanlaşdırılması Ermənistanda çox aktualdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info