Yunanıstanda “Azərbaycan günləri“ adlı silsilə tədbirlər keçirilib
Tarix: 20.05.2019 | Saat: 23:10:00 | E-mail | Çapa göndər


"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı və Saloniki Şəhər Bələdiyyəsinin dəstəyi ilə "Multilinqual Dil Festivalı" layihəsi çərçivəsində bu şəhərdə "Azərbaycan günləri" adlı silsilə tədbirlər keçirilib. Silsilə tədbirlər Bakının tarixini və mədəni dəyərlərini əks etdirən "Bakı - Xəzərin mirvarisi" adlı fotosərginin açılışı ilə başlayıb. Fotosərgidə müasir Bakının gözəl mənzərələrini əks etdirən fotoşəkillər nümayiş olunur.
Saloniki şəhərinin baş bələdiyyə sədri Yannis Butaris və digər dövlət rəsmiləri sərgi çərçivəsində təşkil olunan Azərbaycan stendini ziyarət ediblər. "Azərbaycan günləri" çərçivəsində, eyni zamanda, dahi Azərbaycan mütəfəkkiri İmaməddin Nəsimiyə həsr olunmuş təqdimat keçirilib. Təqdimatda şairin həyat və yaradıcılığı barədə məlumat verilib, "Nəsimi" filmindən fraqmentlər nümayiş etdirilib.
Tədbirlər çərçivəsində ölkəmizin turizm imkanlarını əks etdirən videoçarx, milli musiqimizə, xüsusilə muğamımıza həsr olunmuş xüsusi proqram hazırlanıb.
"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov 28 May - Respublika Gününə həsr olunmuş tədbirdə çıxış edərək deyib ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışının və dirçəlişinin məntiqi nəticəsi idi. Sonda iştirakçılara Azərbaycan milli mətbəxinin ləziz təamları təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib
14.10.2019
“Azərxalça”nın Ağdam filialında “Qarabağ da, Qarabağ xalçası da Azərbaycanındır” mövzusunda tədbir keçirilib
14.10.2019
DİN post-patrul xidmətinə qəbulla əlaqədar müsabiqə elan edir
14.10.2019
İki Milli Qəhrəmanın anım günü qeyd olunub
14.10.2019
Quba ASAN Xidmətində sosial sahibkarliq proqraminin təqdimati keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info