“Mxitaryan, axı sən nə istəyirsən?”
Tarix: 21.05.2019 | Saat: 14:29:00 | E-mail | Çapa göndər


Mənim ona mesajım belə olacaq: sən futbolçusan və futbol oynamaq istəyirsən? Onda Bakıya gəl, sən təhlükəsizlikdə olacaqsan. Amma əgər sən bu məsələ ətrafında oynamaq istəyirsənsə, bu, ayrı mövzudur

Rəsmi Bakı növbəti dəfə Londonun “Arsenal” klubunun futbolçusu Henrix Mxitaryanın Bakıya gəlməsi üçün təhlükəsizliyinə zəmanət verib. Qol.az-ın xəbərinə görə, Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə “Sky Sports”a müsahibəsində deyib: “Mxitaryan təhlükəsizliyinə təminat almaq üçün şəxsən mənimlə əlaqə saxlaya bilər. Əgər Henrix mənimlə danışsaydı, buna şad olardım. Avropa Liqasının finalı A səviyyəli tədbirlər sırasındadır. Əgər bizim məqsədimiz bu matç ətrafında siyasi oyun oynamaqdırsa, bu, başqa məsələ. Amma Mxitaryana pulu siyasətçi deyil, futbolçu olduğuna görə ödəyirlər. Ona görə də gəlin, digər məsələləri kənara qoyaq”. Səfir Tahir Tağızadənin sözlərinə görə, Henrix Mxitaryanın problemi odur ki, rəsmi Bakının icazəsi olmadan Azərbaycanın işğal altındakı bölgələrinə qanunsuz səfər edib: “Buna görə də onun adı hokumətin qara siyahısına düşüb. Amma buna baxmayaraq, Mxitaryanın təhlükəsizliyinə zəmanət verilib”.
Daha sonra səfir belə bir sual verib: “Həqiqətdə axı Mxitaryan nə istəyir? Mənim ona mesajım belə olacaq: sən futbolçusan və futbol oynamaq istəyirsən? Onda Bakıya gəl, sən təhlükəsizlikdə olacaqsan. Amma əgər sən bu məsələ ətrafında oynamaq istəyirsənsə, bu, ayrı mövzudur. Mən təminat verirəm ki, Azərbaycan hakimiyyəti bu matça gələn hər bir azarkeş və komanda üzvünün təhlükəsizliyini qoruyacaq”.
Qeyd edək ki, bir müddət öncə Britaniya mətbuatı təhlükəsizlik məsələrinə görə “Arsenal”ın Henrix Mxitaryanı Bakıya gətirməyəcəyini yazıb. Klub özü isə futbolçunun təhlükəsizliyinə təminat almaq üçün UEFA ilə danışıqların davam etdiyini bildirib.




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Dünya Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi mövzusunda səssizdir
14.10.2019
“Özbəkistanın Türk Şurasında iştirakı təşkilatı daha da gücləndirəcək“
14.10.2019
Mehriban Əliyeva: Böyük alim Vasim Məmmədəliyevin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq
14.10.2019
Ərdoğan: Türkiyə Suriyanın ərazi bütövlüyünün qorunmasının tərəfdarıdır
13.10.2019
Məşhur terrorçuların qəhrəmanlaşdırılması Ermənistanda çox aktualdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info