Masallı Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Günü
Tarix: 21.05.2019 | Saat: 14:38:00 | E-mail | Çapa göndər


17 - 19 may tarixlərində Masallı Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Günü ilə əlaqədar “ Açıq qapı” günü elan keçirildi. Bu günlərdə rayonumuzun ümumtəhsil məktəblərindən müəllim və şagirdlər,yerli sakinlər muzeyimizə ekskursiya etdilər.
Mayın 18-də Rəhim Tağıyev adına Masallı rayon Tarix-Diyarşünaslıq muzeyində 18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə “Muzeylər Mədəniyyət Mərkəzi Kimi – Ənənələrin Gələcəyi” adlı muzeyin qarşısında sərgi-tədbir keçirilib.
Tədbirdə yerli ziyalılar, mədəniyyət işçiləri, rayonun müxtəlif ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri, Masallı Regional ASAN Xidmət mərkəzinin könüllüləri, müxtəlif xalq sənətkarlığı sahəsi üzrə çalışan ustalar və digərləri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açıq elan edən muzeyin direktoru Əntiqə Tağıyeva, tədbir iştirakçılarını salamladı və əlamətdar gün münasibətilə ölkəmizdə fəaliyyət göstərən bütün muzeylərin, eləcə də Masallı Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşlarını təbrik edib, onlara işlərində müvəffəqiyyətlər arzu etdi. O, ölkəmizdə muzey işinin tarixi, muzeyşünaslıq sahəsinin nəzəri-konseptual problemləri, muzey işinin təşkili və həyata keçirilməsi, tarixi-mədəni dəyər kimi muzeylərin təbliği, muzeydaxili mədəni tədbirlərin keçirilməsi və digər əlaqədar məsələlərlə bağlı geniş çıxış etdi.
Muzeyin elmi işçisi Həbib Ağayev dünyada və Azərbaycanda muzeylərin yaranma və formalaşma tarixi, bu günü və gələcək perspektivləri, muzey işinin müasir dövrün tələblərinə uyğun qurulması və mövzu ilə bağlı digər nəzəri məsələlər haqqında çıxış etdi.
Masallı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Əsmər Axundova çıxışında Masallı Tarix-Diyarşünaslıq muzeyinin kollektivini, eləcə də ölkənin bütün muzey çalışanlarını təbrik etdi. Ə. Axundova qeyd etdi ki, Tarix-Diyarşünaslıq Muzeyi rayonda keçirilən əksər mədəni-kütləvi tədbirlərdə fəal iştirak edir, yerli sakinlərin, o cümlədən yeniyetmə və gənclərin tarix və mədəni biliklərinin inkişafı baxımından olduqca faydalı işlər görür və bu istiqamətdə işlərini uğurla davam etdirmək əzmindədir.
Tədbirin bədii hissəsində Masallı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin nağara ritm qrupu və tar ifaçıları maraqlı musiqi kompozisiyaları ilə çıxış etdilər.
UGİM uşaqların ifasında İ.Nəsiminin qəzəlləri və Masallı şəhər 4 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri mövzu ilə bağlı hazırladıqları şeir parçalarını səsləndirdilər. Tədbirin yekununda Uşaq-Gənclər İnkişaf Mərkəzinin və Masallı şəhər 4 saylı tam orta məktəbin bir qrup istedadlı şagirdi Tarix-Diyarşünaslıq Müzeyində keçirilən tədbirlərdə fəal iştirakına görə muzeyin direktoru Ə. Tağıyeva tərəfindən “Təşəkkürnamə” ilə təltif edildi. Sonda xatirə fotoları çəkdirildi.

Əlihüseyn Şükürov




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Sabah Azərbaycanda 38 dərəcəyə qədər isti olacaq
16.06.2019
Ağdamda şəhid Səyyaf Məmmədovun xatirəsi anılıb
15.06.2019
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15.06.2019
Birinci vitse-prezident Mehriban Əliyeva: Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir
15.06.2019
“Azərxalça”nın filiallarında Milli Qurtuluş Günü qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info