Normadan artıq şəkər istehlakı orqanizm üçün zərərlidir
Tarix: 21.05.2019 | Saat: 15:35:00 | E-mail | Çapa göndər


Əksər insanlar yemək və qəlyanaltıda tez hazırlanan qidalara üstünlük verirlər. Həmin məhsulların tərkibində əlavə şəkər olduğundan onlar gündəlik kalori qəbulunun böyük hissəsini təşkil edir. Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, mütəxəssislər gündəlik şəkərdən alınan kalori həcminin 10 faizdən az olmasını tövsiyə edirlər, çünki normadan artıq şəkər istehlakı artıq çəki və diabet kimi bir çox xroniki xəstəliklərin yaranmasına səbəb olur.
Şəkərli qidaların tərkibində şəkərin sadə növü olan fruktoza var. Fruktozanın istehlakı qlükozaya nisbətən aclıq və yeməyə olan tələbatı artırır. Bundan əlavə, həddindən artıq fruktoza istehlakı, aclığı tənzimləyən və qida qəbulunun dayandırılması ilə əlaqədar orqanizmə doyma siqnalları göndərən leptin hormonuna müqavimət göstərə bilər. Bu isə çəki artımına aparıb çıxarır.
Həddindən artıq şəkər istehlakı ürək xəstəliklərinin risk faktorları olan piylənmə, yüksək qan təzyiqi və iltihab kimi xəstəliklərə səbəb olur. Yüksək şəkərli qidalar ürək xəstəliyindən ölüm riskini artırır. 30 mindən çox insan üzərində aparılan tədqiqat nəticəsində məlum olub ki, əlavə şəkərdən yalnız 8 faiz kalori istehlak edənlərlə müqayisədə, 17-21 faiz kalori istehlak edənlərdə ürək xəstəliyindən ölüm riski 38 faizdən çoxdur.
Araşdırmalara görə, son 30 ildə dünyada diabet xəstələrinin sayı iki dəfədən çox artıb. Bunun müxtəlif səbəbləri olsa da, diabet riski normadan artıq şəkər qəbul etməklə birbaşa əlaqədardır. Bundan başqa, uzun müddət şəkər qəbul etdikdə qanda şəkərin miqdarını tənzimləyən, mədəaltı vəzin ifraz etdiyi hormon insulinə müqavimət yaradır və bunun nəticəsində qanda şəkərin səviyyəsi artır və diabet riski güclənir. 175-dən çox ölkəni əhatə edən araşdırma nəticəsində məlum olub ki, diabet riski hər qəbul edilən 150 kalori şəkərə və ya bir şüşə qazlı içkiyə görə 1,1 faiz artır.
Araşdırmalarda əlavə şəkər istehlakının, qida borusu, ağciyər və nazik bağırsağın xərçəngi riski ilə əlaqəsi olduğu təsdiqlənib. Digər bir araşdırma göstərir ki, həftədə üç dəfədən çox şirin çörək və çərəz istehlak edən qadınlarda endometrial xərçəngin inkişafı həmin qidaları həftədə 0,5 dəfə istehlak edən qadınlara nisbətən 1,42 dəfə çoxdur.
Fruktoza şəklində əlavə şəkərin artıq miqdarda qəbulu qaraciyəri yükləməsi Yu-çenq xəstəliyinə aparıb çıxarır və bu da qaraciyərdə həddindən artıq yağ toplanması ilə xarakterizə olunur.
Rafinə olunmuş karbohidratlarla zəngin qidalar qan şəkərini və insulin səviyyəsini sürətlə artırır, bu da dəridə sızanaqların inkişafında əsas rol oynayan androgen ifrazının, yağ hasilatının və iltihabın artmasına səbəb olur. 2300 yeniyetmə arasında aparılan araşdırmalar göstərir ki, normadan artıq şəkər qəbul edənlərdə sızanaqların inkişaf riski 30 faizdən çoxdur. Bu, həmçinin dərinin vaxtından əvvəl qocalmasına gətirib çıxaran maddənin (AGE) yaranmasına da səbəb olur.
Alimlər hesab edirlər ki, qanda şəkərin miqdarının dəyişməsi, neyrotransmitterlərin tənzimlənməsinin pozğunluğu psixoloji ptoblemlərə də səbəb ola bilər. 22 il ərzində 8 min nəfər arasında aparılan araşdırmalara görə, gün ərzində 67 qram və daha çox şirniyyat qəbul edənlərdə depressiya ehtimalı gün ərzində 40 qram və daha az şirniyyat istehlak edənlərdən 23 faiz daha çoxdur.
Şəkəri çox olan məhsullar qanda şəkərin səviyyəsini və insulinin miqdarını tez bir zamanda artırır, bu isə qısamüddətli enerji artımına səbəb olur. Nəticədə isə qanda şəkərin miqdarı kəskin azalır. Odur ki, karbohidratların zülallar və yağlarla birlikdə qəbulu tövsiyə olunur. Məsələn, bir ovuc badamla alma qəbul edilməsi davamlı enerji səviyyəsinin saxlanılması üçün yaxşı üsuldur.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Kölgədən çıxarılacaq biznes, əlbəttə, bizim iqtisadi göstəricilərimizi də düzəldəcək
22.10.2019
Ölkəmizin uğurlu dayanıqlı iqtisadi inkişafı bundan sonra özəl sektor hesabına təmin edilməlidir
22.10.2019
5 və 11 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdiriləcək
22.10.2019
Lənkəranda çoxmənzilli binaların dam örtükləri dəyişdiriləcək
22.10.2019
Məcburi köçkünlər gender məsələləri ilə bağlı maarifləndirilirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
5 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info