Sahib Məmmədov: Real sektora yatırılan investisiyalar öz nəticəsini verməkdədir
Tarix: 21.05.2019 | Saat: 19:07:00 | E-mail | Çapa göndər


Real sektora yatırılan investisiyalar öz nəticəsini verməkdədir. Bu sözləri İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib. O bildirib ki, müəssisələrdə menecment və marketinq işinin təşkili, innovasiyaların, yeni texnologiyaların tətbiqi vasitəsilə iqtisadi səmərənin aparılması, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalı, bu məhsulların ixracı əsas aktual məsələlərdən biridir. Bu istiqamətdə dövlət lazımi tədbirlər görür, xüsusilə sahibkarlığın inkişafı sahəsində həyata keçirilən islahatlar, qəbul edilən strateji qərarlar bu gün özəl sektorun ümumdaxili məhsulda payının 85 faizə çatması, eyni zamanda, məşğulluqda özəl sektorun 76 faiz təşkil etməsinə səbəb olub.
Nazir müavininin sözlərinə görə, xüsusilə bu gün ölkədə formalaşmış iqtisadi potensialda sahibkarların rolu danılmazdır. Onların istehsal etdikləri məhsullar, göstərdikləri xidmətlər hazırda daxili istehlak bazarını təmin etməklə yanaşı, xaricə ixrac olunur ki, bu da sözsüz ki, ölkəyə valyuta axını üçün zəmin yaradır: “Bu gün dövlət tərəfindən sahibkarlığın inkişafına həm maarifləndirmə, həm də inzibati prosedurların sadələşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi ilə yanaşı, dövlətin güzəştli kreditlərinin verilməsi istiqamətində də tədbirlər həyata keçirilir”.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Qənd istehsalı zamanı ciddi qanun pozuntularına yol verildiyi aşkarlanıb
22.10.2019
Prezident tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Sərəncam imzalayıb
22.10.2019
TANAP mükafata layiq görülüb
22.10.2019
Şahin Mustafayev Baş Nazirin müavini təyin edildi
22.10.2019
2-ci “Bakı Elektron Ticarət Forumu (BEF – 2019)” davam edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
5 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info