Millət vəkili Tahir Rzayev: “Ölkədə həyata keçirilən proqramlar iqtisadi inkişafa təkan verir”
Tarix: 21.05.2019 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


“Azərbaycanın iqtisadi inkişafa görə 25-ci yerə çıxması və bunun beynəlxalq təşkilatlar tərəfindən qeyd edilməsi hər bir Azərbaycan vətəndaşında fəxr hissi yaradır”


Cənubi Qafqaz regionunun iqtisadi potensialının 70 faizi Azərbaycanda formalaşıb. Ölkəmiz iqtisadiyyatın rəqabət qabiliyətliliyinə görə dünya ölkələri arasında öncül yerlərdən birini tutur. Dünya Bankının biznes mühitinə dair hesabatına görə, Azərbaycan dünyada 25-ci yerdədir. Beynəlxalq reytinq agentlikləri Azərbaycanın potensial maliyyə və iqtisadi imkanlarını yüksək qiymətləndirirlər.
“Aqrar sektorun inkişafı ilə əlaqədar həyata keçirilən tədbirlər də göstərir ki, biz neftdən asılılığı aradan qaldırmalıyıq”
Ölkəmizin iqtisadi inkişafının beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsi mütəxəssislərimiz, ictimaiyyət nümayəndələri tərəfindən mühüm amil kimi səciyyələndirilir. Millət vəkili Tahir Rzayev qəzetimizə bildirdi ki, Prezident İlham Əliyev bütün yığıncaqlarda və beynəlxalq görüşlərdə xatırladıb ki, Azərbaycan inkişaf edən bir ölkədir: “Ölkə başçısı bu inkişafın səbəblərini də açıqlayıb ki, son vaxtlar ölkədə həyata keçirilən çox mühüm tədbirlər və eləcə də qəbul olunmuş dövlət proqramları, bir çox strateji yol xəritələri Azərbaycanın sosial-iqtisadi inkişafına təkan verib. Bunu beynəlxalq qurumlar da daimi olaraq monitorinq edirlər və qiymətləndirirlər. Azərbaycanın da iqtisadi inkişafa görə 25-ci yerə çıxması və bunun beynəlxalq təşkilatlar tərəfindən qeyd edilməsi hər bir Azərbaycan vətəndaşında fəxr hissi yaradır. Çünki bu, bizim ölkəmizdir və beynəlxalq tədbirlərdə Azərbaycan inkişaf edən bir ölkə kimi xatırlanırsa, bu ölkənin, hər bir vətəndaşın imicinə müsbət təsir göstərən haldır. Biz özümüz bunun şahidiyik. Yəni son dövrlərin iqtisadi göstəriciləri bunu deməyə əsas verir. Məsələn, indi bizdə ÜDM 3 faizdən çox artıb. Qeyri-neft sektorunda sənaye istehsalı bir neçə dəfə artıb. Kənd təsərrüfatında artıq 3,6 dəfə artım müşahidə olunur. Eləcə də qeyri-neft sektorunun inkişafı ilə əlaqədar ciddi tədbirlər görülüb və artıq son dövrlərdə artım 16 faizə yaxınlaşıb. Ölkədə həyata keçirilən proqramlar iqtisadi inkişafa təkan verir”. Millət vəkilinin sözlərinə görə, eyni zamanda aqrar sektorun inkişafı ilə əlaqədar həyata keçirilən tədbirlər də göstərir ki, biz neftdən asılılığı aradan qaldırmalıyıq: “Artıq neft Azərbaycan iqtisadiyyatında önəmli yer tutsa da birinciliyi qazanmır və aqrar ölkə kimi sənaye təməli üzərinə keçməlidir. İndi emal müəssisələrinin, sənaye parklarının, aqroparkların yaradılması əsas verir ki, Azərbaycanda sənaye istehsalı artsın və bu artımla əlaqədar biz həm də qeyri-neft sektorundan, digər sahələrdən asılı olmadan öz istehsalımızı artıraq, külli miqdarda vəsait əldə edək. Məsələn, pambıqçılıq, baramaçılıq, şərabçılıq, eləcə də digər sahələrin inkişafı, yerli məhsullarımızın xaricə ixracının sürətlənməsi gəlirlərin əldə edilməsi, valyutanın ölkəyə daxil olmasına imkan verir ki, bu da ölkədə sosial rifah halının yaxşılaşmasına şərait yaradan amillərdir. Ona görə də əgər bu iqtisadi inkişafı beynəlxalq təşkilatlar qeyd edirlərsə, bizim hər birimiz buna sevinməliyik. Əlbəttə ki, bütün bu inkişafın təməlində ölkə rəhbərinin siyasi iradəsi, hadisələrə real münasibət göstərməsi, nöqsanların tez bir vaxtda aşkar edilib aradan qaldırılması durur. Ona görə də ölkə rəhbəri hər rübdə nəticələri müzakirə edir, görülən işlərə yekun vurulur, qarşıda duran məsələlər müəyyənləşdirilir, əgər çatışmazlıqlar varsa onların aradan qaldırılması ilə əlaqədar tədbirlər planı hazırlanıb həyata keçirilir. Artıq elə bir sahə yoxdur ki, onunla bağlı mühüm dövlət proqramı olmasın. Bu dövlət proqramları illik, beşillik, onillik, eləsi var ki, uzunmüddətlidir və həmin sahələrin inkişafına yönəldilib. Digər tərəfdən strateji yol xəritələridir ki, burada inkişafın mühüm sahələri əks olunub, bunlar ayda, yaxud üç ayda bir dəfə müzakirə edilir və müəyyən çatışmazlıqlar, uyğunsuzluqlar varsa onun aradan qaldırılmasına nəzarət olunur, o sahədə müəyyən tədbirlərin həyata keçirilməsi sürətləndirilir. Hər bir Azərbaycan vətəndaşının da bu sahədə öz rolu olmalıdır. Bizi istəməyən, inkişafımızı gözü götürməyən qüvvələr var və onlar ölkə daxilində, xaricdə də var, müəyyən qarayaxmalar olur. Ola bilsin ki, hansısa bir sahədə kiçik bir qüsur olsun. Ancaq bu tikilən 3200-dən
artıq məktəbi, 640 xəstəxananı, 15 min km-dən artıq çəkilən yolu gizlətmək mümkün deyil. Eləcə də digər sosial obyektlər var ki, onları gizlətmək olmaz. Yaxud şəhid ailələrinə verilən mənzilləri, sosial müavinətlər, pensiyalar, digər güzəştləri gizlətmək mümkün deyil. Bunların hamısı göz önündə olan faktlardır və çox təəssüf ki, bəzi aqressiv müxalifətçilər buna düşmən mənafeyindən yanaşırlar, bütün nailiyyətlərə qara yaxmaq istəyirlər, bulanıq suda nə isə axtarırlar. Ancaq genişmiqyaslı tədbirlər var ki, onu gizlətmək mümkün deyil. Bunu Azərbaycana gələn xarici ekspertlər, qonaqlar da, turistlər də görür. Onu yeri gəldiyində deyirlər, həmin hesabatlara salırlar. Kim nə deyir desin, Azərbaycan Prezidenti Ulu öndərin siyasətinə sadiqdir və bu siyasət bu gün müvəffəqiyyətlə yerinə yetirilir və bundan sonra da iqtisadi nailiyyətlərimiz qat-qat yüksək olacaq”.
T.Rzayevin fikrincə, elə bir ölkə yoxdur ki, vətəndaşının ərzaq təhlükəsizliyini düşünməsin: “Hər bir təşkilat ölkənin ərzaq təhlükəsizliyini öz fəallığını ortaya qoymalıdır. Bizdə əvvəlki ilə nisbətən taxıl istehsalı qat-qat artıb. Çünki ərzaq təhlükəsizliyi üçün çox vacibdir. Digər kənd təsərrüfatı məhsulları var ki, o cümlədən heyvandarlıq məhsulları, ət, süd, yağ, yumurta onların da istehsalı artıb. Xarici ölkələrdən də bəzi məhsulları idxal edirik. Bununla bağlı bəzən deyirlər ki, niyə 10 il əvvəl məhsul idxal edirdik, hazırda ondan da artıq idxal edirik? Fikirləşmirlər ki, 10 il bundan əvvəl ölkə əhalisinin sayı bu qədər deyildi. Yaxud 10 il əvvəl ölkədə bu qədər geniş ölçüdə restoranlar, şadlıq evləri, xidmət sahələrimiz yox idi. Həmçinin fikirləşmirlər ki, bu qədər turist gəlmirdi. Cari ildə 3- 4 ay ərzində milyona yaxın turist gəlib və onlar da ərzaq istehlak edirlər. İnsanların artımı var, onlar artıq daha yaxşı yaşamaq, daha keyfiyyətli qidalanmaq istəyirlər.
Onlar bunu hesablamırlar və deyirlər ki, niyə bizə yenə xaricdən ət, süd məhsulları gəlir. Fikirləşmək lazımdır ki, sürətlə inkişaf edən ölkələrə ayda nə qədər qonaq gəlir, tədbirlər keçirilir. Bizim ərzaq təhlükəsizliyimizin təmin edilməsi, birinci bizim insanların rahat yaşaması, sağlam böyüməsi üçün çox vacibdir. Ölkə başçısı da bütün yığıncaqlarda bunu qabardır, qarşıya qoyur ki, Azərbaycan öz daxili imkanları hesabına ərzaq təhlükəsizliyini təmin etməlidir. Yeri gəldikdə müəyyən məhsulları xaricə də ixrac etməliyik.

Nigar Abdullayeva





 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Qənd istehsalı zamanı ciddi qanun pozuntularına yol verildiyi aşkarlanıb
22.10.2019
Prezident tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Sərəncam imzalayıb
22.10.2019
TANAP mükafata layiq görülüb
22.10.2019
Şahin Mustafayev Baş Nazirin müavini təyin edildi
22.10.2019
2-ci “Bakı Elektron Ticarət Forumu (BEF – 2019)” davam edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
5 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info