Nikola Yurçeviç: Qarşıdaki oyunlara çox ciddi hazırlaşırıq
Tarix: 21.05.2019 | Saat: 21:20:00 | E-mail | Çapa göndər


Əvvəlki təlim-məşq toplanışı ilə budəfəki toplanış arasında vaxt baxımından böyük fərq var. Qarşıdakı oyunlara çox ciddi hazırlaşırıq. Hər bir futbolçunun əhval-ruhiyyəsi yüksəkdir. Ümidvaram ki, yaxşı nəticələr əldə edəcəyik. Bu sözləri futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç “Bakcell Arena”da təşkil olunmuş mətbuat konfransında deyib. Mütəxəssis bildirib: “Bəzi futbolçular mayın 19-dan millinin düşərgəsindədirlər. Toplanışa 16 nəfərlə start verdik. Bir neçə gün bu qaydada davam edəcəyik. Mayın 24-dən etibarən Bəhlul Mustafazadə, Əli Babayev, Dmitri Nazarov, Rüfət Dadaşov və Renat Dadaşov da bizə qoşulacaqlar. İyunun 3-də isə ölkə xaricində çıxış edən futbolçular - Emil Balayev, Pavel Paşayev, Ramil Şeydayev və Eddi İsrafilov heyətə qoşulacaqlar”.
Baş məşqçi bildirib ki, iyunun 1-də U-21 milli ilə yoxlama oyunu olacaq. Bu cür oyunların heyətin komplektləşdirilməsində böyük rolu var. Macarıstan və Slovakiya yığmaları ilə oyunlarda məni neçə xalın qane edəcəyini tez-tez soruşurlar. Proqnoz vermək istəmirəm. Amma ümidvaram ki, iki oyunu da yüksək səviyyədə keçirəcəyik”.
Mətbuat konfransından sonra komandamızın açıq məşqi olub.
Xatırladaq ki, “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya yığmasını qəbul edəcək yığmamız mayın 19-da təlim-məşq toplanışına başlayıb. Baş məşqçi Nikola Yurçeviç iyunun 11-dək davam edəcək təlim-məşq toplanışına 27 futbolçu çağırıb. Toplanışda Səlahət Ağayev (“Neftçi”), Emil Balayev (“Tobol”, Qazaxıstan), Şahruddin Maqomedaliyev (“Qarabağ”), Maksim Medvedev (“Qarabağ”), Ömər Buludov (“Neftçi”), Bədavi Hüseynov (“Qarabağ”), Rahil Məmmədov (“Qarabağ”), Anton Krivotsyuk (“Neftçi”), Pavel Paşayev (“Oleksandriya”, Ukrayna), Şəhriyar Rəhimov (“Səbail”), Bəhlul Mustafazadə (“Qəbələ”), Qara Qarayev (“Qarabağ”), Riçard Almeyda (“Qarabağ”), Eddi İsrafilov (“Alkorkon”, İspaniya), Emin Mahmudov (“Neftçi”), Əli Babayev (“Sumqayıt”), Aleksey İsayev (“Sumqayıt”), Dmitri Nazarov (“Erzgebirge Aue”, Almaniya), Rəşad Eyyubov (“Sabah”), Mahir Emreli (“Qarabağ”), Namiq Ələskərov (“Neftçi”), Araz Abdullayev (“Qarabağ”), Ramil Şeydayev (“Krılya Sovetov”, Rusiya), Rüfət Dadaşov (“Proysen Münster”, Almaniya), Mirabdulla Abbasov (“Neftçi”), Renat Dadaşov (“Eştoril”, Portuqaliya), Ağabala Ramazanov (“Səbail”) dəvət olunublar.




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Cüdoçumuz açıq Avropa kubokundan bürünc medal qazanıb
13.10.2019
“Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
13.10.2019
Təmiz qolumuz qeydə alınmadı
13.10.2019
İdman gimnastlarımız növbəti Olimpiya lisenziyasına sahibləndilər
13.10.2019
Bədii gimnastika üzrə bölgələrarası kubokunun qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10913

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info