Səfir Mixail Boçarnikov: Azərbaycanda yaşamaq və işləmək olduqca maraqlıdır
Tarix: 21.05.2019 | Saat: 20:15:00 | E-mail | Çapa göndər





Mayın 21-də Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Teleradio Akademiyasının qonağı olub. Akademiyadan bildiriblər ki, rektor Faiq Hüsiyev səfirə Teleradio Akademiyasının fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, Akademiyada dərslərlə yanaşı, müxtəlif qurumların nümayəndərinin, tanınmış şəxslərin mühazirələri də təşkil olunur və belə mühazirələr gələcəyin aparıcıları, müxbirləri və rejissorları üçün faydalıdır. İyunun 10-da Azərbaycanda səfir kimi çalışmasının 1 ilinin tamam olacağını deyən Mixail Boçarnikov Teleradio Akademiyasına dəvətdən məmnun olduğunu bildirib. Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini deyən diplomat siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin genişləndirildiyini, hər iki dövlətin müxtəlif mötəbər tədbirlərdə bir-birlərinin mövqelərini dəstəklədiklərini xüsusi vurğulayıb. Səfir ölkələrimiz arasında iqtisadi və ticari layihələrin daha çox olmasını, mədəniyyət və incəsənət sahələrində daha geniş əlaqələrin yaranmasını arzuladığını vurğulayıb.
Akademiya dinləyicilərinin suallarını cavablandıran M.Boçarnikov Azərbaycanın bölgənin mühüm dövləti olduğunu bildirərək deyib: “Azərbaycan gözəl ölkədir. Burada yaşamaq və işləmək olduqca rahat və maraqlıdır. Azərbaycanın tarixini oxuyuram, mədəniyyət və incəsənəti ilə maraqlanıram. Bakıda yaxşı dostlar tapmışam”.
O bildirib ki, humanitar sahədə əlaqələrin çox olması xalqlar arasında qarşılıqlı anlaşmanın daha tez əldə olunmasına gətirib çıxarır: “Bakıda tez-tez teatrlara gedirəm. S.Vurğun adına Rus Dram Teatrının tamaşalarına baxıram. Opera və Balet Teatrının da tamaşalarını izləyirəm. Amma çox istərdim ki, Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” tamaşasına baxım. Dövlət Filarmoniyasında klassik musiqini izləyirəm”.
Vaxtaşırı AzTV-yə baxdığını qeyd edən diplomat xəbərlər proqramını əsasən AzTV-dən izlədiyini söyləyib.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
“Metrovaqonmaş”da Heydər Əliyevin xatirə lövhəsinin açılış mərasimi keçirilib
21.10.2019
“Opalus Partners Group” şirkəti HR sahəsi ilə bağlı təlimləri uğurla həyata keçirir
21.10.2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə kibertəhlükəsizliyə dair təlim keçirilib
20.10.2019
YAP radikal müxalifətin qanunsuz aksiyası ilə bağlı bəyanat verdi
19.10.2019
Mətbuat Şurası təhlükəsizlik məsələləri ilə bağlı jurnalistlərə müraciət ünvanlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info