Müdafiə naziri təlim mərkəzində bölmələrin məşqlərini izləyib
Tarix: 21.05.2019 | Saat: 22:40:00 | E-mail | Çapa göndər


Genişmiqyaslı əməliyyat-taktiki təlimlərinə rəhbərlik edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti təlim məntəqələrinə baş çəkib. Əsas komanda məntəqəsində general-polkovnik Z.Həsənovun rəhbərliyi ilə keçirilən toplantıda dinamik dəyişən vəziyyət və qəbul edilən qərarlara dair komandir-rəis heyəti və digər vəzifəli şəxslərin məruzələri dinlənilib. Eyni zamanda təlimlərin planına uyğun olaraq ərazinin kəşfi nəticəsində əldə olunan məlumatlar əsasında təlim iştirakçıları maket üzərində tapşırıqların dəqiqləşdirilməsi, qoşunların qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkilini həyata keçiriblər.
Alınmış döyüş tapşırığı əsasında keçirilən bölmələrin məşqlərini izləyən Müdafiə naziri hərbi qulluqçular qarşısında çıxış edib, tövsiyələrini çatdırıb və xidmətdə fərqlənən bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim edib.
Bölmələrin döyüş atışlı taktiki məşğələsində şəxsi heyət müxtəlif maneələri dəf etməyi və düşmən üzərinə hücumun yerinə yetirilməsini nümayiş edib.
Ərazidə yaradılmış təlim nöqtələrinə, sinif otaqlarına baş çəkən Müdafiə naziri təlimə cəlb edilən döyüş texnikalarını da yoxlayıb, silah-sursat və şəxsi heyətin təlimlərdə iştirakı, eləcə də tapşırıq və sərəncamların dəqiq icra olunması ilə bağlı müvafiq göstərişlər verib. Hərbi hissədə yeni tikilmiş yeməkxanada olan general-polkovnik Zakir Həsənov burada yaradılan şəraitlə tanış olub, ərzaq anbarına baxış keçirib, saxlanılan məhsulların keyfiyyətini yoxlayıb və şəxsi heyətlə birgə nahar edib.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Əli Həsənov: “Azərbaycan hakimiyyəti bütün situasiyaya nəzarət etmək gücündə, imkanında və iradəsindədir“
21.10.2019
XİN: Bəzi təşkilatların əsassız bəyanatlar yayması Azərbaycana münasibətdə ikili standartların tətbiqi kimi qiymətləndirilməlidir
21.10.2019
Xalq müxalifətə dəstək vermədi
21.10.2019
Əli Həsənov Baş Nazirin müavini vəzifəsindən azad edildi
21.10.2019
Baş Prokurorluq oktyabrın 19-da keçirilmiş qanunsuz aksiya ilə bağlı məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info